Ermənistanda etiraz aksiyalarının lideri Nikol Paşinyan bəyan edib ki, baş nazir seçiləcəyi təqdirdə milli razılaşma hökuməti təşkil edəcək.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin gələcək tərkibi ilə bağlı bir neçə variant var:
“Lakin seçim siyasi vəziyyətdən asılı olacaq. Demokratik, düzgün seçkilər üçün tam şərait yaradığı zaman istefa verəcəyəm”.