Livanda parlament seçkilərinə start verilib."RİA Novosti"yə istinadən xəbər verir ki, parlamentdə 128 yer üçün 583 namizəd qeydə alınıb.
Qeyd edək ki, Livan vətəndaşları 2009-cu ildən bəri ilk dəfə olaraq parlament seçkilərində səs verə biləcəklər. Belə ki, hazırkı parlament ölkədə siyasi sabitlik olmaması bəhanəsilə fəaliyyət müddətini üç dəfə uzatmışdı.