Pakistan daxili işlər naziri Axsan İkbal Pəncab əyalətinin Naroval şəhərində silahlı hücuma məruz qalıb.
Silahlı hücum nəticəsində Axsan İkbal güllə yarası alıb.
Hadisə şəhərdə keçirilən mitinq zamanı baş verib. Gənc oğlan nazirin olduğu avtomobilə yaxınlaşıb və ona atəş açıb. DİN rəhbəri dərhal xəstəxanaya yerləşdirilib. Onun həyatı üçün təhlükə yoxdur.
Hadisəni törədən şəxs artıq saxlanılıb. İstintaq aparılır.