Dördüncü dəfə Rusiya prezidenti seçilən Vladimir Putinin inauqurasiyası keçirilib.
Andiçmə mərasimi 5 min qonağın iştirakı ilə Böyük Kreml sarayında baş tutub.
Putin Rusiya Konstitusiyasına əl basaraq and içib. Dövlət himni səsləndikdən sonra prezident vətəndaşlara müraciət edib.