Ermənistan parlamentində baş nazir seçkilərinin ikinci turu başlayıb.Erməni KİV-lərinə istinadən xəbər verir ki, müxalifət lideri Nikol Paşinyan bu vəzifəyə yeganə namizəddir. O, 8 may tarixini ölkədə qeyri-iş günü elan edib.
Qeyd edək ki, “Daşnaksyutun”, “Yelk”, “Tsarukyan bloku” fraksiyaları və hakim Respublika partiyasını təmsil edən bəzi deputatlar ona səs verəcəklərini bəyan ediblər.
Qeyd edək ki, Ermənistanın yeni baş naziri bu gün seçilməsə, parlament buraxılacaq və növbədənkənar seçki təyin ediləcək.