Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İranla bağlanılan nüvə razılaşmasından çıxmasına münasibət bildirib.
Ərdoğan bu məsələdə uduzan tərəfin ABŞ olacağını deyib.
“Uduzan ABŞ olacaq. Çünki siz imzaladığınız razılaşmaya sadiq qalmırsınız. Beynəlxalq müqavilələri istədiyiniz zaman poza və ya davam etdirə bilməzsiniz. Bu, qəbuledilməzdir”, - deyə Türkiyə prezidenti vurğulayıb.