Sentyabrın 20-21-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 47-ci iclası keçiriləcək.
İclasın ilk günü quruma üzv olan ölkələrin ekspertləri səviyyəsində müzakirələr başlayacaq. GUAM çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
Sentyabrın 21-də isə GUAM-a üzv olan ölkələrin xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə iclasın rəsmi açılışı olacaq. Toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.
İclasın sonunda protokol imzalanacaq.