Xəbər lentİ

Yaponiyanın "Hayabusa-2" zondunun asteroidə enişi fevralın 22-nə planlaşdırılır

13:38, 08.02.19
Oxunub: 861
DÜNYA
Yaponiyanın "Hayabusa-2" zondunun asteroidə enişi fevralın 22-nə planlaşdırılır


Yaponiyanın "Hayabusa-2" zondunun Ryuqu asteroidinə enişi fevralın 22-nə planlaşdırılır.

Bu barədə Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) məlumat yayıb.

Xatırladaq ki, "Hayabusa-2" asteroid zondu bu göy cisminə ötən ilin iyununda çatıb. Həmin asterioid ilə Yer arasındakı məsafə təqribən 300 milyon kilometrə çatır.

JAXA ötən ilin oktyabrında zondun asteroidə enməsini planlaşdırsa da, onun səthi gözlənildiyindən nahamar olduğuna görə eniş baş tutmamışdı. Bundan sonra eniş üçün daha münasib yer axtarılmasına başlanmışdı.

Zondun asteroidə enişi zamanı onun üzərindən nümunələr götürəcəyi bildirilir.

Fikirlər

 Oxşar xəbərlər: