Xəbər lentİ

Birləşmiş Ərəb Əmirlikləri sentyabrda kosmosa ilk kosmonavtını göndərəcək

13:39, 28.02.19
Oxunub: 831
DÜNYA
Birləşmiş Ərəb Əmirlikləri sentyabrda kosmosa ilk kosmonavtını göndərəcək


Birləşmiş Ərəb Əmirliklərinin ilk kosmonavtı bu il sentyabrın 25-də kosmosa göndəriləcək.

Kosmosa göndərilmək üçün seçilmiş iki kosmonavt – Hazza Əl Mansuri yaxud Sultan Əl Neyadi 18 günlük uçuşu həyata keçirmək üçün Rusiya missiyasının tərkibində Beynəlxalq Kosmik Stansiyadan (BKS) orbitə yollanacaq və oktyabrın 3-də geriyə - Yer kürəsinə qayıdacaq.

Artıq hər iki kosmonavt Rusiyada Y.Qaqarin adına kosmonavtların hazırlığı mərkəzində hərtərəfli hazırlıq keçiblər. Onlar hazırlıq zamanı zədələnmiş kapsuldan necə çıxmağı, müvafiq resursların və rabitə vasitələrinin istifadə edilməsini öyrəniblər. BƏƏ-dən olan kosmonavt BKS-də insan orqanizminin uçuşdan əvvəlki və sonrakı həyati vacib göstəricilərinin reaksiyasını tədqiqat edəcək. Bu tədqiqatların nəticələri bir müddətdən sonra digər regionlardan olan kosmonavtların müvafiq sahədə topladıqları tədqiqatlarla müqayisə olunacaq.

Fikirlər

 Oxşar xəbərlər: