Xəbər lentİ

Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının rəhbərliyi Varşavada beynəlxalq konqresdə iştirak edib

15:43, 04.03.19
Oxunub: 1 535
DÜNYA / İDMAN
Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının rəhbərliyi Varşavada beynəlxalq konqresdə iştirak edib


Azəbaycandan “Qarabağ Əlil Döyüşçü Futbol Federasiyası” rəhbərliyi “Dünya Amputant Futbol Federasiyası” və “Avropa Amputant Futbol Federasiyası”nın təşkilatçılığı ilə Polşanın Varşava şəhərində 1-3 mart 2019-cu il tarixində keçirilən Beynəlxalq Konqresdə iştirak edib.
2015-2018-ci illər ərzində keçirilən yarışların nəticələri müzakirə olunduqdan sonra söz Federasiyanın prezidentinə və Vitse-prezidentinə verildi . Dünyanın 20 ölkəsindən dəvət alan qonaqlar qarşısında çıxış edən federasiyanın rəhbəri Rövşən Quliyev komandanın yaranma tarixindən, fəaliyyətindən, qazandığı uğurlardan və ölkəmizdə bu idman növünə olan maraq və yaradılan şəraitdən söz açmışdır. Federasiyanın sədr müavini Elmar Hüseynov 1991-ci ildən ölkəmizin Ermənistan tərəfindən işğalından və uzun sürən müharibənin acı nəticələrindən danışdı. Bu səbəbdən əlil olmuş insanlara yeni həyat, nəfəs verilməsindən söz açmışdır. O, çıxışında 2015-ci il Yay Olimpiya Çempionatının Azərbaycanda keçirilməsini və ölkəmizin demokratik, multikultural, hüquq və söz azadlığı olan bir ölkə olduğunundan bəhs edərək, növbəti oyunların məhz Azərbaycanda keçirilməsini məqsədə uyğun olduğunu söyləmişdir.
Daha sonra Qarabağ Əlil döyüşçülər Futbol Federasiyasının rəhbərliyi Rövşən Quliyev və Elmar Hüseynov xarici televiziya nümayəndələrinə müsahibə verərək bir daha Azərbaycan dövləti, dövlətimizin qazilərə yaratdığı şərait, Qarabağ həqiqətləri, Qarabağ Qaziləri və qarşıda duran hədəflər haqqında məlumat verdilər.
Azərbaycandan olan nümayəndə heyətini EAFF prezidenti təbrik edərək onlara qiymətli hədiyyələr təqdim etmiş və əldə etdikləri yüksək nəticələri və işləri nəzərə alaraq Azərbaycan komandasının dəvət aldığı “Dünya 2020” yarişmasında istirak edəcəyinə görə təbrik etmişdir.

Azərbaycan nümayəndə heyəti Ümummilli liderin imzasıyla olan “Mən Fəxr edirəm ki, Azərbaycanlıyam” plaketini Dünya və EAFF rəhbərliyinə təqdim etmiş, qarşıda duran illər ərzində “Uşaq Amputant Futbolu”nun inkişafı üzrə məsələlərdə də üğür qazanacağını əminliklə bildirmişdir.
Sonda Rövşən Quliyev Qarabağ Əlil Döyüşçü Futbol Federasiyasinin üzvləri olan Qarabağ qazilərinə yaradılan bu şəraitə, diqqətə və qayğıya görə Ali Baş Komandanımız İlham Əliyevə, Elmar Hüseynov isə öz növbəsində Vitse-Prezidentimiz Mehriban Əliyevanın qayğıkeş yanaşmasını diqqətə çatdıraraq təşəkkürlərini bildirmişlər. Xatirə şəkillərinin çəkilməsi ilə bitən tədbir uğurlu oldu.

Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının rəhbərliyi Varşavada beynəlxalq konqresdə iştirak edib

Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının rəhbərliyi Varşavada beynəlxalq konqresdə iştirak edib

Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının rəhbərliyi Varşavada beynəlxalq konqresdə iştirak edib

Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının rəhbərliyi Varşavada beynəlxalq konqresdə iştirak edib

Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının rəhbərliyi Varşavada beynəlxalq konqresdə iştirak edib

Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının rəhbərliyi Varşavada beynəlxalq konqresdə iştirak edib

Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının rəhbərliyi Varşavada beynəlxalq konqresdə iştirak edib

Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının rəhbərliyi Varşavada beynəlxalq konqresdə iştirak edib

Fikirlər

 Oxşar xəbərlər: