Polşanın www.4lomza.pl portalında Azərbaycan, onun coğrafi mövqeyi, tarixi və turizm imkanlarını əks etdirən geniş yazı yer alıb.
“Azərbaycan-uca dağlar və əzəmətli şəhərlər ölkəsi” sərlövhəli yazı bir neçə yarımbaşlıqlara bölünür. Belə ki, yazıda ölkəmizin qısa tarixi, burada yaşayan etnik xalqlar, müstəqilliyə gedən yolu, həmçinin Bakı, Gəncə şəhərləri, Abşeron yarımadası, odlar diyarını əks etdirən simvolları, Atəşgah, Yanardağ kimi abidələrdən bəhs olunur, turizm imkanları təbliğ edilir.
Azərbaycanın İpək Yolu ölkələrindən biri olaraq dünya tarixinə, mədəniyyətinə verdiyi töhfələr də xüsusilə yazıda qeyd olunub.