Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən fevralın 23-də Parisdə Xocalı qurbanlarının xatirəsi anılacaq. SİA-nın məlumatına görə, bu münasibətlə "FeMusa” ansamblı və onun rəhbəri, azərbaycanlı skripkaçı Nəzrin Rəşidova çıxış edəcək.
Səsləndiriləcək əsərlər 1992-ci il fevralın 26-da Xocalıda ermənilər tərəfindən törədilmiş qırğın zamanı qətlə yetirilmiş 613 nəfər azərbaycanlı dinc sakinin xatirəsinə ithaf olunacaq.