Abşeron rayonu, Mehdiabad qəsəbəsinin İsmət Qayıbov küçəsində yenidənqurma işlər artıq tam olaraq yekunlaşdırılıb.
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 850 m, eni isə 6 metr olan yol boyu tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla yenidənqurma və bərpa işləri həyata keçirilib.