Absheron Media
Haqqımızda Bizimlə əlaqə

50 saylı Abşeron-Qobustan dairə seçki komissiyasında üçgünlük kurslara başlanılıb

Tarix:26-08-2015, 03:02

50 saylı Abşeron-Qobustan dairə seçki komissiyasında üçgünlük kurslara başlanılıb

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında dairə seçki komissiyası üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün 50 saylı Abşeron-Qobustan Seçki Dairəsində seçki hüququ üzrə ixtisaslaşdırılmış üç günlük kursun keçrilməsinə başlanılmışdır.

Bu məqsədlə 24 avqust 2015-ci il tarixdə Abşeron rayonunun Qobustan kəndində yerləşən 50 saylı Abşeron-Qobustan Seçki dairəsinin binasında “Seçki məntəqələrin texniki təchizatı, seçici siyahıları ilə işin aparılması, seçkiqbağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü açan 50 saylı Abşeron-Qobustan Seçki Dairəsinin sədri Rafəddin Nağdəliev açmışdır.

Tədbirdə çıxış edən Abşeron rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəretmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlham Quluyev çıxış edərək Ölkəmizin mühüm bir siyasi kompaniya ərəfəsində olduğu, bu ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçiriləcəyi və bununlada da bağlı Rayon İcra Hakimiyyətinin, Dairə və məntəqə seçki komissiyalarının üzərinə mühüm vəzifələr düşdüyünü bildirmişdir. İlham Quluyev daha sonra bildirmişdir ki, yerli icra hakimiyyəti orqanları seçki prosesində bilavasitə iştirak etməsələr də , qanunla müəyən edilmiş qaydada seçki mühitinin yaradılmasında, seçkilər zamanı asayişin təmin edilməsində, namizədlərin seçkiqabağı təşviqatının aparılması üçün müvafiq yerlərin ayrılması məsələlərində ciddi rol oynayırlar. Bunun üçün “Rayon İcra Hakimiyyətləri haqqında Əsasnamə”də və Azərbaycan Respublikasının Seçki Məcəlləsində rayon İcra Hakimiyyəti orqanlarının üzərinə düşən vəzifələr müəyyən olunmuşdur.

Bu vəzifələrin əsasını məntəqə seçki komissiyası üzvlərinin, müşahidəçilərin normal fəaliyyəti və seçicilərin rahat səsverməsi üçün lazımi şəraitin yaradılması təşkil edir. Bu məqsədlə Rayon İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun tapşırığı ilə 50 saylı Abşeron-Qobustan Seçki dairəsində mövcud olan 21 seçki məntəqəsinin yerləşdiyi binaların hər birinə baxış keçirilmişdir. Bu seçki məntəqələrinin bəziləri müasir inşa edilmiş məktəb, mədəniyyət və ya tibb müəssisisələrində yerləşir. Qalan uyğunlaşdırılmış binalarda yerləşən seçki məntəqələrində isə əsaslı təmir işləri həyata keçirilmiş, seçkinin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.Qapı və pəncərələrə dəmir barmaqlıqlar vurulmuşdur. Bundan başqa məntəqələr lazımi inventar və avadanlıqlarla təchiz edilmişdir.
50 saylı Abşeron-Qobustan seçki dairəsinin 4 seçki məntəqəsində vebkameraların quraşdırılması nəzərdə tutulmuşdur. Bütün seçki məntəqələrinə telefon aparatları alınıb verilmiş, seçki dövründə rabitə xətlərinin işlək olması Rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılır.
Daha sonra natiq qeyd etmişdir ki, Rayon İcra Hakimiyyətininüzərlərinə düşən vəzifələrdən biridə seçkiqabağı təşviqatın aparılmasına bərabər şəraitin yaradılması təşkil edir. Bu məqsədlə də namizədlərin seçkiqabağı təşviqat aparmaları üçün Rayon İcra Hakimiyyəti tərəfindən 50 saylı Abşeron-Qobustan Seçki Dairəsinin ərazisində “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna müvafiq olaraq açıq və qapalı yerlər məyyən olunmuşdur. Bundan başqa bütün seçki məntəqələrinin hər biri üçün təşviqat lövhəsi üçün yerlər müəyyən edilmişdir. Ötən bələdiyyə seçkilərindən sonra 8 seçki məntəqəsində təşviqat lövhələri yararsız hala düşmüşdür. Rayon İcra Hakimiyyəti həmin təşviqat lövhələrini bərpa edərək müəyyən olunmuş yerlərdə vurulmasını təmin etmişdir.
Azərbaycan Respublikasının Seçki Məcələsinə uyğun olaraq seçici siyahılarının dəqiqləşdirilməsi və seçkinin keçirilməsi üçün bildirişlərin paylanılmasına köməklik olunması da vacib məsələlərdəndir.

Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri tərəfindən hər ilin yanvar ayında Məntəqə seçki komissiyaları ilə birgə seçici siyahılarının dəqiqləşdirilməsi işləri həyata keçirilir. Rayonda da bununla bağlı müəyyən işlər görülmüş və hazırda da davam etdirilir. Seçici siyahılarının dəqiqləşdirilməsi işinin çox ciddi məsələ olmasını diqqətə çatdıran İlham Quluyev ideal seçki siyahılarının hazırlanması, seçkiqabağı bildirişlərin paylanılması ilə bağlı lazimi köməkliklərin göstərilməsi üçün rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələrinə, bələdiyyələrə tapşırıqlar verildiyini bildirmişdir.

Çıxışının sonunda İlham Quluyev qarşıdan gələn Milli Məclisə seçkilərin rayonumuzda həmişə olduğu kimi mütəşəkkil, heç bir qanun pozuntusuna yol vermədən, şəffaf və demokratik şəraitdə keçirilməsinin təmin ediləcəyinə əminliyini bildirmiş və bu yoda dairə və məntəqə seçki komissiyalarının işinə uğurlar arzulamışdır.

Baş redaktor: Şamo Əliyev

50 saylı Abşeron-Qobustan dairə seçki komissiyasında üçgünlük kurslara başlanılıb
50 saylı Abşeron-Qobustan dairə seçki komissiyasında üçgünlük kurslara başlanılıb
50 saylı Abşeron-Qobustan dairə seçki komissiyasında üçgünlük kurslara başlanılıb



Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident