Xırdalan şəhəri, Heydər Parkında açıq havada kitab sərgisi keçirilib.Sərgidə Hədəf Nəşrləri və “XAN” nəşriyyatının, həmçinin Kitabevim.az kitab marketi iştirak edib.
Tədbir yerli sakinlərin böyük marağına səbəb olub. 10 saat boyunca davam edən sərgidə bütün bədii və uşaq kitablarına 20 faiz, fənlər üzrə test topluları isə bayrama özəl 50 faiz endirimlə təqdim edilib.
Məktəblilərə sınaq kitabçaları və jurnallar pulsuz hədiyyə edilib. Sərginin təşkilatçısı Müşfiq XANın verdiyi məlumata görə Kitab Sərgisi havalar xoş olduğu həftələrdə Bakının müxtəlif qəsəbələrindəki Mədəniyyət evlərinin qarşısında öz işini davam etdirəcək.
Redaktor: Ayşə Bayramova