Oktyabr ayının 5-i həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin günüdür. Bu tarix haqqında qısa məlumat verim: 5 oktyabr 1966-cı ildə UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix UNESCO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Hazırda bu tarix dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd olunur.
Şəxsiyyətin ahəngdar inkişafı məktəbdə müəllimin üzərinə düşür. Müəllim cəmiyyətdə çox böyük rol oynayır. O, yaşlı nəslin təcrübəsini gənc nəslə ötürür. Tanınmış şəxsiyyətlər müəllimin əməyinə yüksək qiymət vermiş, müəllimi günəşə, bağbana, mühəndisə bənzətmişlər. Çünki o, günəş kimi gənc qəlbi və ağlı işıqlandırır, uşaqlara bağban qayğısı göstərir, mühəndis kimi insan qəlbinin layihəsini cızır.
Cəmiyyətin, millətin gələcəyi müəyyən mənada müəllimin əlindədir. Deyirlər ki, bir milləti məhv etmək üçün onun müəlliminin və həkiminin savadsız olması kifayətdir: biri milləti mənəvi cəhətdən, digəri isə fiziki cəhətdən şikəst edəcəkdir. Müəllimlik həm yaradıcı, həm də şərəfli işdir. Çünki o, öz həyatını xalqın, millətin gələcəyinə həsr edir.
Müəllimlik çətin, məsuliyyətli, eyni zamanda, şərəfli və müqəddəs bir peşədir. Müəllim insanı həyata hazırlayan, onun dünyagörüşünü, mənəvi dünyasını və ictimai-siyasi baxışlarını formalaşdıran müqəddəs varlıqdır. Xalqın tərəqqisi məktəbdən, məktəbin tərəqqisi isə müəllimdən başlayır.
Bəşəriyyət müasir intellektual inkişaf səviyyəsinə görə öncə müəllimlərə borcludur. Bütün aparılan təhlillər göstərir ki, heç bir sənət və peşə adamı cəmiyyətin irəliyə doğru inkişafında müəllimin fəaliyyəti qədər rol oynamır. Çünki müəllimlər insan zəkasını nurlandıran sönməz işıq mənbəyi olmaqla bərabər, bəşəriyyətin mənəvi yükünü çiyinlərində daşıyan həyat anteyləridir.
Hər il olduğu kimi bu ildə Xırdalan şəhər 2 saylı məktəbdə Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir. Rayondakı tədris-tərbiyə müəssisələrində çalışan təhsil işçilərinin qatıldığı tədbirdə ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən məktəbin məzunları da iştirak etmişlər.
Məktəbin direktoru Ədalət Camalova çıxışında bildirmişdir ki, Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunmuş, böyük hörmətlə, yüksək ehtiramla çəkilmişdir. Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq, bu gün hər bir azərbaycanlı cəmiyyətdəki mövqeyinə, qazandığı biliklərə, ümumən, bir şəxsiyyət kimi formalaşmasına görə özünü məhz müəllimlərinə borclu sayır. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, son illərdə təhsil sahəsində də çox ciddi irəliləyişlər, nəzərə çarpacaq uğurlar əldə edilmişdir. Bu uğurlar hər birimizi sevindirir.
Ə.Camalova qeyd etmişdir ki, 2014-2015-ci tədris ilində Xırdalan şəhər 2 saylı tam orta məktəbin IX sinfıni 219 şagird, XI sinfıni isə 193 şagird bitirmişdir. Qəbul imtahanlarının nəticələrinə görə məktəb rayonda I yeri tutmuşdur. XI sinifı bitirmiş məzunların 148 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 125 nəfəri ölkənin müxtəlif ali məktəblərinə daxil olmuş, 10 nəfər məzun 600-dən yuxarı , 18 nəfər isə 500-dan çox bal toplamışdır.Həmçinin qeyd edək ki,məktəbin qəbul imtahanında iştirak edən 11 -1 snifinin 20, 11-2 snifinin isə 21 şagirdinin hərbiri müxtəlif ali məktəblərə daxil olmuşlar.
Tədbirdə çıxış edən Abşeron Rayon Təhsil Şöbəsinin müavini Pərviz Əhmədov vurğulayıb ki, Bəşəriyyət müasir intellektual inkişaf səviyyəsinə görə öncə müəllimlərə borcludur. Bütün aparılan təhlillər göstərir ki, heç bir sənət və peşə adamı cəmiyyətin irəliyə doğru inkişafında müəllimin fəaliyyəti qədər rol oynamır. Çünki müəllimlər insan zəkasını nurlandıran sönməz işıq mənbəyi olmaqla bərabər, bəşəriyyətin mənəvi yükünü çiyinlərində daşıyan həyat anteyləridir
Tədbirdə Xırdalan şəhər 2 nömrəli məktəbdə çalışan müəllimlərin Azərbaycan təhsilində qazandıqları uğur və naliyyətlərdən danışıldı. P.Əhmədov tədbir iştirakçılarının diqqətinə catdırdı ki, hal-hazırda məktəbdə 3546 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 296 nəfər müəllim məşğul olur. Onlardan 2 nəfəri əməkdar müəllim,2 nəfəri isə pedaqoqika üzrə fəlsəfə doktorudur.
Tədbirdə AYB Abşeron bölməsinin sədri Şəhla Ağbulud çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 2015-ci il tarixli sərəncamı ilə 2 nömrəli məktəbin direktoru Camalova Ədalət Camal qızı “Tərəqqi” medalı ilə təltif edilib ki,buda cənab Prezidentimizin müəllimə verdiyi dəyərin bariz nümünəsidir. Xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğunu, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyini qeyd etdi.
Tədbir rayonun mədəniyyət işçilərinin hazırladığı konsert proqramı ilə davam edib