“ELS” Müstəqil Araşdırmalar Mərkəzi parlament seçkilərində Abşeronda keçirdiyi “exit-poll”un ilkin nəticələrini açıqlayıb.
Mərkəzin rəhbəri İradə Yaqubovanın verdiyi məlumata əsasən Abşeron seçicilərinin “exit-poll” nəticələri 45 saylı Abşeron Seçki Dairəsində – Oqtay Əsədov 70,1%, 50 saylı Abşeron-Qobustan Seçki Dairəsində – Zeynəb Xanlarova 66,1% olub