FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzindən AbşeronXəbər-ə bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 11 noyabr 2015-ci il tarixində Abşeron rayonu A.Müzəffərov adına Saray 2 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.
Tədbirdə Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin, Abşeron rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişlər.
Tədbirdə Mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə qaz cihazlarından düzgün istifadə qaydaları”, “Elektriklə davranış qaydaları”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar etmişlər.
Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin hazırladığı “Dəm qazı təhlükəsi” adlı videoçarx nümayiş olunmuşdur.
Sonda suallar cavablandırılmış və təbliğat materialları, bukletlər paylanılmışdır.