Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Saray 3 nömrəli məktəbdə “milli mənəvi dəyərlərimizi sevək və qoruyaq ” adlı tədbir keçirilib (Foto)

Tarix:26-12-2015, 21:15

Saray 3 nömrəli məktəbdə  “milli mənəvi dəyərlərimizi sevək və qoruyaq ” adlı tədbir keçirilib (Foto)
Abşeron rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə “milli mənəvi dəyərlərimizi sevək və qoruyaq ” adlı tədbir keçirilib.Məktəbin 4 b snifinin təşkilatçılğı ilə baş tutan tədbirdə Təhsil şöbəsinin müdiri Kamran Rzayev,Rayon Ağsaqallar şurasının sədri Nadir Ağayev və məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirin keçirilməsində məqsəd milli mənəvi dəyərlərimizi qorunması,onun təbliği həmçinin gənc nəslə vətənpərvərlik tərbiyyəsini aşılamaqdır.
Tədbirin əhəmiyyəti barədə danışan məktəbin müəlliməsi Zülfiyyə İmanova bildirib ki, hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun milli - mənəvi dəyərləri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır
Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Təyyubə Huseyinova dedi ki, bu gün milli mənəvi dəyərlərimizin qorunub saxlanılması dövlətin əsas prioritet istiqamətlərindən biridir. Əsası ulu öndər Heydər Əliyev tərədindən qoyulan bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla aparılır. Mədəniyyət siyasətini uğurla davam etdirən dövlət başçısı milli-mənəvi dəyərlərimizin inkişafına, qorunmasına və xarici ölkələrdə təbliğinə xüsusi önəm verir. Mədəniyyətimizin inkişafı, milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, onun təbliğində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın xidmətləri olduqca böyükdür. Məhz onun səyləri nəticəsində bu gün Azərbaycanın muğam, xalça, aşıq, tar ifaçılığı sənətləri YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Azərbaycan Mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib.

Tədbirdə çıxış edən Abşeron Rayon Təhsil şöbəsinin müdiri Kamran Rzayev isə əlavə etdi ki, Xalqın təkidli tələbi və xahişi ilə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxladı. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən ümummilli lider ana dilimizin - Azərbaycan dilinin adını özümüzə qaytardı. Gənc nəslin milli ruhda böyüməsi,onlara vətənpərvərlik hisslərinin aşılanmasında, adət ənənələrimizin qorunub saxlanılmasında belə tədbirlərin keçirilməsi böyük əhəmiyyətə malikdir.K.Rzayev həmçinin 2014/2015-ci tədris ili üzrə keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində Saray qəsəbə 3 nömrəli tam orta məktəbin ilin məktəbi adına layiq görülməsi münasibəti ilə məktəbin direktorunu və pedoqoji kollektivini təbrik etdi

Rayon Ağsaqallar şurasının sədri Nadir Ağayevin vurğuladı ki , tarixdən bəllidir ki, milli kimliyinə sahib olmayan millətlərin adı ancaq tarixdə qalır. O bildirib ki, milli adət və ənənələrinə sadiq olan millət yad düşüncələrin qurbanına heç vaxt çevrilmir: “Bu gün Qarabağın işğaldan azad olunmasının yollarından biri də mənəvi dəyərlərimizə hər bir ölkə vətəndaşının sahib olmasından keçir. Azərbaycan bu gün dünyaya təkcə neft deyil, eyni zamanda xalqımızın ali dəyərlərindən olan tolerantlıq ixrac edir”.

Tədbirdə o da vurğulandı ki, bu istiqamətində rayon icra hakimiyyəti tərəfindən mühüm işlər görülür. Məktəblərdə vətənpərvərlik mövzusunda tədbirlər təşkil edilir, yazı inşa müsabiqələri keçirilir.

Sonra şagirdlərin ifasında Azərbaycanın adət ənənələrindən bəhs səhnəciklər göstərildi. Qədim folklor nümunələri nümayişi, vətənpərvərlik mövzusunda deyilən şerlər isə alqışlarla qarşılandı.

Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri
Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri
Azərbaycanın uğurlu enerji siyasəti...
Azərbaycanın uğurlu enerji siyasəti...
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib