Abşeron Rayon İcra Hakimiyyəti uşaqlar üçün Yeni il şənliyi təşkil edib
15:47, 05.01.16
Oxunub: 1 790
Gundem / ÖLKƏ
Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abşeron Rayon Mədəniyyət Mərkəzində Yeni il bayramı münasibətilə balacalar üçün bayram proqramları təşkil olunub
Yeni il şənliyində Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Kamran Rzayev uşaqları Yeni il bayramı münasibətilə təbrik edib, onlara xoşbəxt böyüməyi, dərslərində əlaçı olmağı, valideynlərinə sevinc və şadlıq bəxş etmələrini arzulayıblar.
Daha sonra uşaqlar Abşeron Rayon Mədəniyyət Mərkəzinin Musiqili Komediya Xalq Teatrının səhnələşdirdiyi “Yeni il əhvalatı” nağıl-tamaşasına baxıblar.
Bayram tamaşasında Şaxta baba, Qar qız, cizgi filmlərinin qəhrəmanları, klounlar iki saata yaxın uşaqları əyləndiriblər.
Şənlikdə mahnı,şeir,rəqs müsabiqə və yarışları da keçirilib, qaliblərə hədiyyələr verilib.
Şənliyin sonunda balacalara Abşeron Rayon İcra Hakimiyyətinin bayram sovqatı təqdim edilib.
Qeyd edim ki, dekabrın 30-dan başlanan bayram şənliyi hər gün saat 12:00, 14:00 və 16:00-da keçirilir və yanvarın 7-dək davam edəcək.Rayon icra hakimiyyəti başçısı adından bayram şənliyində iştirak edəcək ümumilikdə 5 mindən çox uşağa bayram sovqatı ayrılıb