Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan dərman istehsal edəcək

Tarix:5-01-2016, 16:16

Azərbaycan dərman istehsal edəcək “Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılması üçün danışıqlara yaxın vaxtlarda başlanacaq”.

Bunu Trend-ə müsahibəsində Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib. Baş nazirin müavini qeyd edib ki, uzun müddət Azərbaycanda dərman istehsalı praktikası, bu sahənin mütəxəssisləri olmayıb. Buna görə də yeganə çıxış yolu korporasiya əsasında xarici ölkələrin ciddi dərman firmaları ilə əlaqələr quraraq müəssisə yaratmaqdır.

Hazırda bu istiqamətdə işlərin aparıldığını deyən Ə.Əhmədov bildirib ki, ilkin mərhələdə Azərbaycanda korporasiya əsasında yaxşı imici olan, keyfiyyətli dərman buraxan müəssisələrlə birlikdə dərman istehsalı müəssisələri yaradılacaq. Baş nazirin müavini hesab edir ki, gələcəkdə Azərbaycanın özünün də tədricən dərman istehsalı üzrə praktikası formalaşacaq.

Azərbaycanın yaxın zamanlarda dərman istehsalına başlayacağını güman etdiyini söyləyən Ə.Əhmədovun sözlərinə görə, Azərbaycanda, demək olar, dərman istehsalı yoxdur. Azərbaycanda istifadə edilən dərmanların böyük əksəriyyəti xaricdən gətirilir.

Baş nazirin müavini əlavə edib ki, dərmanların xaricdən gətirilməsi bir tərəfdən Azərbaycanda daxili bazarın normal şəkildə fəaliyyət göstərməsinə mənfi təsir edir, digər tərəfdən, bunun nəticəsində böyük həcmdə valyuta Azərbaycandan kənara çıxır: “Üçüncü tərəfdən, bu, bütövlükdə milli təhlükəsizlik problemi məsələsinə gətirib çıxarır. Buna görə də Azərbaycanda dərman istehsalı aktual olaraq müzakirə olunur. Çox intensiv şəkildə Azərbaycanda dərman istehsalının təşkil olunması üçün işlər aparılır. Amma burada bir cəhətə diqqət yetirilməlidir. Dərman istehsal edən müəssisələr çoxdur. Amma dərman xüsusi məhsul növüdür, istənilən müəssisənin Azərbaycana gəlib dərman istehsal etməsi də o qədər məqsədəuyğun olmazdı. Ona görə də çalışmaq lazımdır ki, Azərbaycana ciddi reputasiyası olan, keyfiyyətli məhsul hazırlaya bilən müəssisələr gəlsin”.

Dərmanların qiyməti məsələsinin də Azərbaycan Prezidentini, ümumilikdə Azərbaycan hökumətini ciddi şəkildə narahat etdiyini deyən Ə.Əhmədov dərmanların qiymətinin tənzimlənməsini vacib hesab edib: “Prezidentin birbaşa tapşırığı ilə, onun özünün nəzarəti altında praktika tətbiq edilib, dərmanların qiymətləri dövlət tərəfindən tənzimlənir. Dərmanların qiymətlərinin bu ya digər formada tənzimlənməsi praktikası, demək olar, əksər dövlətlərdə, o cümlədən Avropa ölkələrinin əksəriyyətində tətbiq olunur. Dərman elə bir məhsuldur ki, onun qiyməti dövlət tərəfindən, yaxud hansısa formada tənzimlənməlidir”.

Baş nazirin müavini əlavə edib ki, dərmanların keyfiyyətinə nəzarət də dövlət tərəfindən ciddi şəkildə həyata keçirilməlidir.

Onun sözlərinə görə, dərmanların keyfiyyətinin yaxşı və ya pis olmasını ondan istifadə edən müəyyənləşdirə bilmir: “Bu, eyni zamanda dərmanın qiymətinə də aiddir. Dərman bu qiymətə dəyər-dəyməz - bunu vətəndaş müəyyənləşdirə bilməz. Belə olan halda dövlət məsələyə müdaxilə etmək məcburiyyətində qalıb”.

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır