Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 22 yanvar 2016-cı il tarixində Abşeron rayonu, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.
Tədbirdə Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin, Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Abşeron rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişlər.
Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olmuşdur.
Tədbirin nəzəri hissəsində Mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə qaz cihazlarından düzgün istifadə qaydaları”, “Elektriklə davranış qaydaları”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar etmişlər.
Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin hazırladığı “Dəm qazı təhlükəsi” adlı videoçarx nümayiş olunmuşdur.
Daha sonra suallar cavablandırılmış və təbliğat materialları, bukletlər paylanılmışdır.
Tədbirin praktiki hissəsində məktəbin həyətində Regiona Mərkəzin və Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvə və texnikasına baxış keçirilmiş, onların təyinatı və istifadəsi qaydaları haqqında məlimat verilmişdir.
FHN SUMQAYIT REGİONAL MƏRKƏZİ