Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bu gün Novruzun ilk müjdəçisi - Su çərşənbəsidir

Tarix:23-02-2016, 19:35

Bu gün Novruzun ilk müjdəçisi - Su çərşənbəsidir Qədim türklərin inancına görə, Tanrı insanı məhz çərşənbə axşamı yaradıb
Bu gün Novruz bayramının ilk müjdəçisi olan Su çərşənbəsidir. Bu çərşənbəyə “Əzəl çərşənbə”, “Sular Novruzu” da deyirlər.

Novruz bayramına 4 həftə qalanda insanlar həyat üçün vacib olan dörd ünsürlə - su, od, yel və torpaqla bağlı çərşənbələri xüsusi təntənə ilə qeyd edirlər. El dilində onlara “boz ayın çərşənbələri” də deyirlər. İlk çərşənbənin də Su çərşənbəsi olması təsadüfi deyil. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Deyilənə görə, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Qədim türklərin inancına görə, Tanrı insanı məhz çərşənbə axşamı yaradıb. Əvvəlcə su götürülüb, su ilə torpaq külək tərəfindən qarışdırılıb, insan şəklinə salınıb, Günəşin altında qurudulub, dördüncü çərşənbədə - ilaxır çərşənbədə isə ona nəfəs verilib. Beləliklə, dünyaya insan gəlib.

Bu gün Novruzun ilk müjdəçisi - Su çərşənbəsidir
Hesablamalara görə, bütün bu hadisələr çox müqəddəs bir vaxta, gecə ilə gündüzün bərabərləşdiyi günə təsadüf edib. Bundan sonra isə insan üçün yeni həyat, yeni il başlanıb. Çərşənbələrdə, eləcə də Novruz bayramında həyata keçirilən müxtəlif adətlər də başlanğıcını məhz insanın yaranışı ilə bağlı qədim ayinlərdən götürüb. İlk çərşənbə ərəfəsində hamı ev-eşiyini sahmana salar, evlərin solğun divarları rənglənər, torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənər, artıq budaqları və zoğları kəsib onları cavanlaşdırarlar. Su çərşənbəsi suyun təzələnməsi kimi anlaşıldığından həmin gün bütün mərasimlər su ilə bağlı olur.

Su çərşənbəsində su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzərinə su çiləyər, su üstündən atlanar, yaralıların yarasına su səpərlər. Qədim adətlərə görə, günəşin şəfəqdə göründüyü vaxtda onun şüalarının sığal çəkdiyi su daha müqəddəs, daha təmiz sayılırmış. Bu suda yuyunan adam mütləq ürəyində dilədiyi niyyətinə çatırmış. Tədqiqatçılar belə hesab edirlər ki, Xızır peyğəmbərin dirilik çeşməsindən su içdiyi və Koroğlunun Qoşabulaqdan köpüklü su götürdüyü gün məhz Əzəl-Su çərşənbəsi günü olub. Xalqın inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Bu çərşənbədə stolun üzərində mütləq bir qab su olmalıdır.

Bu gün Novruzun ilk müjdəçisi - Su çərşənbəsidir
Stolda suyun aşması xeyrə yozulur. Əgər süfrənizdə su aşıb, tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir. Hətta bununla bağlı çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var. Məsələn, inanclarda deyilir: “Süfrəyə su dağılması aydınlıqdır”; “Su içən adamı ilan çalmaz”; “Su olan yerdə dirilik olar” və sairə.

Su çərşənbəsində süfrənin bəzəyi lobyalı xörəklər sayılır. Süfrədə səməninin olması elə də vacib deyil. Səməninin ilk çərşənbəyə yetişəcəyi real olmadığından o, süfrələri daha çox son çərşənbə və bayram günü bəzəməlidir. Bu gün insanlar bir-biri ilə mehriban davranmalı, bir-birlərinə növbəti çərşənbələri şad, xürrəm keçirməyi arzulamalıdırlar.

Elimizin gözəli, süfrəmizin bəzəyi, dörd çərşənbənin əzəli olan Su çərşənbəniz mübarək olsun!

Şamo Əliyev

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident