Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda informasiya təhlükəsizliyi ilə bağlı tədbir keçirilib

Tarix:10-03-2016, 18:23

Abşeronda informasiya təhlükəsizliyi ilə bağlı tədbir keçirilib
Abşeronda “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi qaydaları” mövzusunda təlim keçirilib. Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə baş tutan təlimdə Abşeron Rayon İcra Hakimiyyəti Aparatının Böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Hafiz Mikayılov, YAP Abşeron rayon təşkilatının Gənclər Birliyinin sədri Elgün Hümbətov, İT mütəxəssisi Şamo Əliyev, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

İnformasiya təhlükəsizliyi istiqamətində keçirilən maarifləndirici tədbirlərin gənclər üçün çox böyük əhəmiyyət daşıdığını bildirən H.Mikayılov Azərbaycanın müharibə şəraitində olduğunu və bu səbəbədən də yeniyetmələrin internetdə yayılan və yerləşdirilən informasiyalara ehtiyatla yanaşılmasının vacibliyini qeyd edib. Dövlət sirri olan hərbi məlumatların yayılmamasının vacibliyini vurğulayan H.Mikayılovun sözlərinə görə, mediada, internetdə, sosial şəbəkələrdə yayılan informasiyalar milli təhlükəsizliyə zərər yetirməməli, bu kimi informasiyalar cəmiyyətin panik duruma düşməsinə rəvac verməməlidir.

Hazırkı dünyada diqqətdə saxlanmalı ən vacib məsələlərdən birinin informasiya təhlükəsizliyi olduğunu söyləyən E.Hümbətov bildirib ki, demokratik ölkələrdə bu məsələnin tənzimlənməsi üçün müəyyən qanunvericilik bazası formalaşdırılıb. Eləcə də həmin ölkələrdə müxtəlif konsepsiyalar qəbul edilir və bununla da ölkənin informasiya təhlükəsizliyi tənzimlənir. Təhlükəsizlik məsələlərinin Azərbaycan üçün də aktual olduğunu deyən E.Hümbətov əlavə edib ki, informasiya resursları artdıqca milli təhlükəsizliyi təhdid edən məlumatlar da çoxalır.

Sonda Ş.Əliyev “facebook” şəbəkəsində istifadəçiləri gözləyən təhlükələr barədə danışıb, onlardan qorunma mexanizmləri və qarşısını almaq yolları barədə ətraflı məlumat verib.
Abşeronda informasiya təhlükəsizliyi ilə bağlı tədbir keçirilib

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident