Bu gün Xırdalan şəhərində fəaliyyət göstərən 23 saylı bağçanın körpə fidanlarının Novruz şənliyi keçirilib. Şənlikdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, Təhsil Şöbəsinin müdiri Kamran Rzayev, rayon bağçalarının müdür və müəllimləri, KİV nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə bağça qrupları tərəfindən hazırlanmış Novruz stendləri ilə tanış olublar.
F.Cəbrayılov müəllim və uşaqları Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın adından təbrik edərək, onlara Novruz təravəti arzulayıb. Abşeron bağçaları tərəfindən bütün bayramlarda bir-birindən maraqlı, rəngarəng şənliklər keçirildiyini və onların ildən ilə təkmilləşdirildiyini qeyd edən F.Cəbrayılov bildirib ki, bu qəbildən olan tədbirlər uşaqların dünyagörüşünün formalaşmasında, bayramlarımıza olan sevgilərinin artmasında və adət-ənənələrimizin nəsildən nəsilə ötürülməsində böyük əhəmiyyətə malikdir.
Bundan sonra müəllim və uşaqların Novruz bayramı mövzusunda hazırladıqları nömrələr nümayiş olunub. Fidanlar şeirlər deyib, mahnılar oxuyublar.