Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda Xalq yazıçısı Anarla məktəblilərin görüşü keçirilib

Tarix:17-05-2016, 18:53

Abşeronda Xalq yazıçısı Anarla məktəblilərin görüşü keçirilib

Abşeron rayonunun Mehdiabad qəsəbəsində fəaliyyət göstərən 4 saylı məktəbdə Azərbaycanın Xalq yazıçısı Anar Rzayevlə şagirdlərin görüşü keçirilib. Abşeron rayon İcra Hakimiyyətinin və rayon təhsil şöbəsinin birgə təşkil etdiyi görüşdə Abşeron RİHB-nin müavini Fuad Cəbrayılov, rayon Təhsil şöbəsinin müdiri Kamran Rzayev, “525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məcid, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Böyük yazıçını məktəbin girişində üzlərindən sevinc oxunan uşaqlar qarşılayıb. Yeniyetmələrin alqış səsi, məktəbin öncüllərinin “xoş gəldiniz, Anar müəllim” sədalarıyla yazıçını qarşılamaları fərəhli bir mənzərə yaradıb. Şagirdlərin saz sədaları altında Dədə Qorqudun təbirincə Anara oxuduqları xeyir-dualar daha çox yaddaqalan olub.

Məktəbin direktoru Elnura Cavadzadənin açılış nitqilə başlayan tədbir sona qədər Azərbaycanın Xalq yazıçısı Anarla məktəblilərin aktiv ünsiyyəti ilə keçib. Çoxlu suallar hazırlamış şagirdlər öz bilik və bacarıqları ilə yazıçını heyran ediblər. Bundan əlavə, Anar haqqında başqa-başqa ədiblərin fikirləri səsləndirilib, şeirlər oxunub.

Görüş zamanı yazıçının həyat və yaradıcılığı ilə bağlı videoçarx təqdim olunub, Anarın şeirləri sazın müşayiəti ilə səsləndirilib, onun ssenraisi əsasında çəkilmiş film və tamaşalardan səhnəciklər göstrəlib.

Sonra çıxış edən Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov bildirib ki, ədəbiyyatımızın görkəmli nümayəndəsinin, İstiqlal ordenli, Yazıçı Anar Rzayevin Abşeron məktəblərindən birinə gəlməsi bizim üçün çox sevindirici haldır. Onun həyat və fəaliyyəti gənclərin, yeniyetmələrin tərbiyələnməsində, fərd kimi formalaşmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayan F.Cəbrayılov qeyd edib ki, böyük ziyalı olan yazıçı Anarla ünsiyyətdə olmaq, onun fikirlərini dinləmək hər bir insan üçün faydalı, xeyirli və arzulanandır. “Mən inanıram ki, onun bu gün şagirdlərlə görüşə gəlməsi uzun müddət yaddaşlardan silinməyəcək və bu yeniyetmələrin formalaşmasına, inkişafına, gələcək addımlarının müəyyənləşməsinə təsirsiz ötüşməyəcəkdir”.

Tədbirin sonunda Azərbaycanın Xalq yazıçısı Anar iştirakçılara imzalı kitablarını təqdim edib.

Abşeronda Xalq yazıçısı Anarla məktəblilərin görüşü keçirilib
Abşeronda Xalq yazıçısı Anarla məktəblilərin görüşü keçirilib
Abşeronda Xalq yazıçısı Anarla məktəblilərin görüşü keçirilib

Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib