"Aztelekom” MMC-nin əmri ilə Abşeron Rayon Telekommunikasiya Qovşağına rəhbərlik edən Əyyub İsmayılov vəzifəsindən azad olunub. Onun yerinə isə Tofiq Ələs oğlu Calalov təyinat alıb.
RƏİS: Tofiq Ələs oğlu Calalov 1956-ci ildə oktyabrın 1-də anadan olub - Ali təhsillidir. Əmək fəaliyytinə rabitə sahəsində 1985-ci ildə Sumqayıt Telekommunikasiya Qovşağında başlayıb və müxtəlif vəzifələrdə,o cümlədənuzun müddət Baş mühəndis vəzifəsində çalışıb.
“Aztelekom” MMC-də sektor rəhbəri, şöbə rəisi, 2004-2016-cı illərdə Xızı rayon Telekommunikasiya Qovşağının rəisi vəzifələrində çalışıb.
09.06.2016-cı il tarixdən “Aztelekom” MMC-nin 205 saylı əmri ilə Abşeron Telekommunikasiya Qovşağının rəisi vəzifəsinə təyin olunub. Ailəlidir 3 övladı var.
2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Hörmətli Tofiq müəllim! Bir daha sizi və hazırda rəhbəri olduğunuz kollektivi təyinatınız münasibəti ilə təbrik edir və inanırıq ki, Rabitə sahəsindəki gərgin əməyiniz, prinsipial mövqeyiniz, çevik və cəsarətli addımlarınız sayəsində əldə etdiyiniz nailiyyətlər Abşeronun iqtisadiyatına öz töhfəsini verəcəkdir.
Şamo Əliyev