Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron Rayon İcra Hakimiyyətinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Tarix:15-07-2016, 19:25

Abşeron Rayon İcra Hakimiyyətinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində reallaşan yığıncaqda rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, royonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin təmsilçiləri iştirak edib.

Yığıncaqda İ.Gülməmmədova iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin çıxışına toxunaraq, dövlət başçısının dünyada təhlükələrin artdığını, iqtisadi böhranın daha da dərinləşdiyini və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyi bir dövrdə Azərbaycanda uğurlu inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit qaldığını bildirdiyini iştirakçıların diqqətinə çatdırıb.

Sonra icra hakimiyyəti başçısının müavini İlham Quliyev 2016-cı ilin birinci yarısının rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı çıxışı dinlənilib.

İ.Quliyev bildirib ki, hesabat dövründə rayonda abadlıq-quruculuq işləri davam etdirilib, əhalinin elektrik enerjisi, içməli su, kanalizasiya, təbii qazla təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Onun sözlərinə görə, 2016-cı ilin birinci yarısı ərzində rayonun daxili imkanları hesabına Xırdalan şəhərində Hacı Zeynalabdın Tağıyev, Qalubiyyə, Məhəmməd Füzuli, Səttar Bəhlulzadə, Yusif Məmmədəliyev küçələrində abadlaşdırılma işləri həyata keçirilib, Misir Dostluq Parkı yenidən qurulub. Saray qəsəbəsində Şəhidlərin xatirəsinə abidə ucaldılıb, şəhidlərin adına olan park, eyni zamanda Vəli Axundov parki abadlaşdırılıb. Aşağı Güzdək qəsəbəsində Həzi Cavadov, Novxanı kəndində Mehdi Hüseynzadə küçələrində daxili imkanlar hesabına abadlıq işləri görülüb. Masazır kəndinin mərkəzi küçəsi olan Əlağa Vahid prospektinin işıqlandırılması məqsədilə 85 işıq dirəyi basdırılaraq 5 km uzunluğunda kabel xətti çəkilib. Eyni zamanda “Yeni Bakı” yaşayış massivinə gedən yola 15 min kvadratmetr asfalt örtük döşənib. Hazırda Ceyranbatan və Mehdiabad qəsəbələrində parkların, Masazır kəndində Heydər Əliyev və Zərifə Əliyeva adına küçələrin yenidən qurulması işləri həyata keçirilir.

Bildirilib ki, ötən müddət ərzində rayonun yaşayış məntəqələrində 20 min ədəd ağac və gül kolları əkilib. Xüsusilə 10 may 2016-cı il tarixdə Mehdiabad, Fatmayı, Görədil avtomobil yolu kənarı boyunca 2500 ədəd ağac və gül kolları əkilib, Görədil kəndində yaşıllıqların ətrafına metal tor çəkilib. Bakı-Quba avtomobil yolunun rayon ərazisindən keçən hissəsində salınan yaşıllıqların saxlanılması məqsədilə əlavə olaraq 5 km uzunluğunda yeni suvarma su xəttinin çəkilişinə başlanılıb.

Hesabat dövründə Xırdalan şəhərində 17 çoxmənzilli yaşayış binası təmir edilib və ehtiyac olan digər binalarda təmir işlərinin aparılması istiqamətdə işlər davam etdirilir. Eyni zamanda, yol infrastrukturunun yaxşılaşdılrılması məqsədilə rayonun yaşayış məntəqələrində daxili yollara 30707 kub metr qrabil tökülərək yayılıb, 45772 kvadratmetr sahə asfaltlanıb, 6468 paqometr səki daşı düzülüb, piyada səkilərinə 2600 kvadratmetr tomet döşənib. Rayonun daxili imkanları hesabına Hökməli-Qobu yolunun yararsız hala düşmüş hissəsində yağış və qurunt sularının avtomobil yoluna axmasının qarşısının alınması məqsədilə yol kənarı boyunca 900 metr uzunluğunda beton suötürücü və plastik boru ilə drenaj xətləri çəkilib.

Bu ilin əvvəlindən etibarən əhalinin sabit elektrik enerjisi ilə təminatı ilə bağlı yaşayış məntəqələrində 37 ədəd yeni transformator quraşdırılıb, 22 ədəd transformator əsaslı təmir olunub, 2 ədəd yanmış transformator bərpa edilib, 323 ədəd dayaq və 54 min metr naqil dəyişdirilib, yaşayış məntəqələrində 57 min metr uzunluqda “SİP” kabeləşməsi aparılıb. Qobu qəsəbəsində 110 kv-luq, Saray qəsəbəsində və Masazır kəndinin hər birində 35 kv-luq olmaqla 3 yarımstansiyanın tikintisinə, Pirəkəşkül, Qobustan kəndlərində elektrik təchizatının yaxşılaşdırılması üçün 35 kV-luq Caylı və Cəngi yarımstansiyalarında yenidənqurma işlərinə başlanılıb.
2016-cı ilin 6 ayı ərzində rayonun yaşayış məntəqələrində müxtəlif diametrli borularla 6264 p/m uzunluqda yeni içməli su xətləri çəkilib, 3550 p/m uzunluqda korroziyaya uğramış xətt dəyişdirilib, eləcə də 609 p/m uzunluqda kanalizasiya xətləri yenilənib.

Hesabat dövründə rayonda sahibkarlığın inkişafı, əhalinin maddi rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi, onların sosial problemlərinin həlli məsələləri rayon İcra hakimiyyəti başçısı aparatının daim diqqət mərkəzində saxlanılıb. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasının təmin edilməsi məqsədilə rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə rayonda ərazinin inkişafına təsir edə bilən qurumların rəhbərləri, qeyri-hökümət təşkilatlarının nümayəndələri, rayonda fəaliyyət göstərən sahibkarlar da daxil edilməklə 27 nəfərdən ibarət Rayon Qərargahı yaradılıb. Eyni zamanda “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının və onun Katibliyinin tərkibi təsdiq olunub.

Ötən müddət ərzində Abşeron rayonu üzrə qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı rayon Məşğulluq Mərkəzi, Rayon Təmir Abadlıq idarəsi və digər aidiyyəti idarələrlə birgə təkliflər hazırlanıb, rayonun küçə, prospekt, park, xiyaban və magistral yolların ətrafında görüləcək abadlıq və quruculuq işləri, Xırdalan şəhərində təmir olunacaq beş çoxmənzilli yaşayış binası müəyyən edilib. Abadlıq, quruculuq işləri və mənzil təmiri ilə əlaqədar 311 nəfər rayon sakini artıq işlə təmin olunub. Ümumilikdə 2016-cı ilin ötən müddəti ərzində dövlət qurumları və özəl müəssisələrdə 781 rayon sakini işlə təmin edilib.
2016-cı ilin 6 ayı ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonun inzibati və təhkim olunmuş ərazilərində fəaliyyət göstərən sahibkarlara 26 investisiya layihəsi üçün 8 milyon 540 min manat güzəştli kredit verilib. Bunlardan 4-ü sənaye, 22-si kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisəsidir və bu müəssisələrdə 196 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bildirilib ki, cari ilin birinci yarısında rayonda sənaye məhsulunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10.6 faiz artaraq 60.8 milyon manata çatıb. Sənaye müəssisələrində işləyənlərin sayı 6107 nəfər olmuş, çalışan işçilərin orta aylıq əmək haqqı 421 manat təşkil edib.

Sonra Abşeron Rayon Maliyyə idarəsinin rəisi Faiq Şirəliyev, Rayon Təhsil şöbəsinin müdiri Kamran Rzayev, Xırdalan enerji Təchizatı və Satışı idarəsinin rəisi Nemət Qasımov çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

İclasa yekun vuran İ.Gülməmmədova rayonun kənd və qəsəbələrində yaşayan sakinlərlə səyyar-qəbulların keçirildiyini, əhalinin qarşılaşdığı problemlərlə yerlərdə maraqlanıldığını və həlli istiqamətində addımların atıldığını qeyd edib. Kənd və qəsəbələrdə sakinlərin əsasən su, işıq və konalizasiya ilə bağlı problemlərinin olduğunu qeyd edən başçı bu istiqamətdə lazimi göstəriş və tapşırıqları verib.

Şamo Əliyev

Abşeron Rayon İcra Hakimiyyətinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident