Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda Milli Mətbuatın 141 illiyi qeyd olunub

Tarix:21-07-2016, 19:53

Abşeronda  Milli Mətbuatın 141 illiyi qeyd olunub
Kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verilən Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Milli Mətbuatın 141 illik yubileyi ilə əlaqədar qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə tədbir-görüş keçirilib.

Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində rayonun qabaqcıl və tanınmış kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə açan Abşeron rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov mətbuat nümayəndələrini 22 iyul Milli Mətbuat günü münasibəti ilə Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın təbriklərini çatdırıb və Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yoldan danışıb. O, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan milli mətbuatının 141 illik yubileyinin keçirilməsi haqqında" Sərəncama əsasən, Bakıda və regionlarda keçirilən çoxsaylı tədbirlərdən bəhs edib və Həsən bəy Zərdabi ideyalarını və "Əkinçi" ənənələrini yaşadan Azərbaycan mətbuatının uzun və şərəfli yol keçdiyini bildirərək "Əkinçi" qəzetinin xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynadığını, ölkəmizdə siyasi düşüncənin intibahının məhz milli mətbuatın yaranması ilə bağlı olduğunu söyləyib. Həmçinin, diqqətə çatdırılıb ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində jurnalistlərin yaxın dostu Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri olub. Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı, onun problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.

Tədbirdə çıxış edən "Abşeron qəzeti”nin baş redaktoru Elimxan Mehrəliyev, "Abşeron Xəbər” informasiyya portalının baş redaktoru Şamo Əliyev , Abşeron RİH-nin Mətbuat Xidmətinin rəhbəri Seymur Qasımbəyli və başqaları Milli Mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışıblar.

Sonra milli mətbuatın 141 illiyi münasibətilə jurnalistlərə Abşeron RİH-nin Fəxri Fərmanları təqdim olunub.Fəxri Fərman alanlar arasında "Abşeron qəzeti”nin və "Abşeron Xəbər " informasiyya portalının əməkdaşları da olub.

Şamo Əliyev

Abşeronda  Milli Mətbuatın 141 illiyi qeyd olunub
Abşeronda  Milli Mətbuatın 141 illiyi qeyd olunub
Abşeronda  Milli Mətbuatın 141 illiyi qeyd olunub
Abşeronda  Milli Mətbuatın 141 illiyi qeyd olunub
Abşeronda  Milli Mətbuatın 141 illiyi qeyd olunub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub

Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...

Laçınlılar doğma yurd yerlərinə qayıdırlar

Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir

1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır

Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib

Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib

Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır

” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK

ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR

Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib

YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər

İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək

Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür

Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir

Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib

Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur

Heydər Əliyevin 100 illik yubileyi Abşeronda qeyd edilib