Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Borcunu unudub, haqqını axtaranlar

Tarix:2-08-2016, 17:18

Borcunu unudub, haqqını axtaranlar

Şəhərlər mənəviyyat sütunlarının üstündə dik dururlar. Güzgülər kimi sakinlərinin ürəyini əks etdirirlər. Əgər o ürəklər bağlanar, ya da qaralarsa, şəhərlər öz cazibəsini itirər.

Çalxalanan dünya, gərginləşən siyasi münasibətlər, ürəyimizi partlamaq, qulaq pərdəmizi çatlatmaq həddinə gətirən “iqtisadi böhran”, “üzən məzənnə”, əsrimizin bəlası “İŞİD” kimi dilimizdən düşməyən ifadələr şəhərləri də əldən salıb, üzüb.

Ölkələrin bir qisminin iqtisadiyyatını, digərlərinin demoqrafik və enerji sahəsini, bəzisinin siyasətini çuğlayan böhran şəhərlərdə psixoloji şəkildə təzahür edir. “Böhran” sözünün lüğəvi mənalarından biri də gizli münaqişələrin partlamasıdır. Hərdən mənə elə gəlir ki, bu gizli münaqişələrin partlaması fonunda şəhərlərin, kəndlərin, ən kiçik qəsəbələrin də səbri tükənir. Bu zaman evlərin daş qəlbi titrəyir, torpağın qum ürəyi ayağımızın altında döyünür. Aynalar, pəncərə şüşələri, mağaza vitrinləri isti və soyuğa baxmayaraq daim tərləyir. Bizi hər addımda Bizə göstərmək üçün! Dağıdılmış evlər, yandırılmış məbədlər, bomba və ya mərminin ətrafa səpdiyi Əl və Ayaqlar, tankların altında əzilib dəmir parçasına çevrilmiş avtomobillərdən süzülən qanı gördükdə gözümüzü yumub, “Vəhşilik” - deyib keçirik. Allah xatirinə etməyək. Əksinə, gözümüzü daha geniş açaq və düşünək. Bunu edən kimdir? Xəcalət də olsa, etiraf edək - Biz - İnsanlar!

Qədim memarlığın beşiyi sayılan Misiri xatırlayırsınızmı? 2011-ci il hadisələri zamanı 17 günlük etirazlar əsrlərin parıltısı canına hopmuş Qahirə, İsgəndəriyyə kimi şəhərlərin gözqamaşdıran cazibəsini söndürdü. Ölkədə baş verənlər dünyanı lərzəyə salan piramidaları, “dəhşət atası” - Böyük Sfinksi belə dəhşət və vəhşətə gətirdi. Çünki Böyük Sfinks cahanda insan başlı şirin təkcə o olmadığını anlamışdı. Şirə dönən, heyvan təbirincə davrananların nəyə qadir olub, hansı əməllər törədə biləcəyini duyub, bəlkə də yarandığı dövrdən ilk dəfə adını daşıdığı hissi yaşamışdı - QORXU. Bu qorxudan son illər ən sivil, inkişaf etmiş şəhərlərin də qismətinə tez-tez pay düşür. Lap yaxınlarda baş verənlərə nəzər salmaq kifayətdir.

Fransanın ən böyük kurort şəhəri sayılan Nitsada terror. Nitsa 80-dən çox insanın ölümünü yorğun-yorğun süzürdü. Əsası bizim eranın 5-ci əsrində qoyulan şəhər sanki, “Əldən-ələ keçməkdən, ölüm, qan görməkdən doymuşam” - deyirdi. Sonra Münxendə atışma kabusu - dünyanın yaşamaq üçün ən münasib yeri seçilən şəhərdə (“Monokl” dərgisi-2010).

Xəyallar və gözəlliklər şəhəri İstanbul. Dənizi fikir dəryasında üzməyə, Topqapısı soyun-kökünlə qürurlanmağa, məscid və minarələri imanına sığınmağa, səmasındakı göyərçinləri qəlbindəki şəfqət və mərhəmət hissini oyatmağa sövq edən nazlı şəhər. Qardaş ölkədə baş verənlərdən sonra İstanbulun küçələrinə baxmaq nə qədər çətin idi. İstanbul, sanki qədim ninninin sədası altında “Mənə bu yaraşırmı” - deyə için-için ağlayırdı.

Bəzən ağuşunda çabaladıqları qorxunun içində şəhərlərin kinayəli qəhqəhəsi də eşidilir. Bu səslər içində Xocalı, Şuşa, Kəlbəcər, Laçının sədası daha zildir... Fəryadında gülən, gülüşündə ağlayan şəhərlər bəzi “insan”lardan fərqli olaraq atəşini hədəfə düz vurmağı bacarır, biganə olmayanları öz dərdinin alovuna bürüyür. Baxın, yaxşı baxın, hayqırır, bunu edən insandır, insan. Tanrının gözəlliklərini görmək üçün yaratdığı insan. Bu lal natiqlər bizə küləyin, tufanın, yağışın dili ilə yaradanı xatırladır. Müqəddəs Qurani-Kərimin Tin surəsində belə deyilir: “Biz insanı ən gözəl şəkildə yaratdıq”. Gözəl yaradılan gözəlliklər yaratmalı deyilmi, ey insanlar, ey dini pis və bəd əməllərinə qalxan edən dinsizlər? Nədir bizi vəhşiləşdirən?! Bəlkə, özümüzü dərk eləməkdə yanlışlığa yol veririk? Əgər, özümüzü dərk etmək istəyiriksə, ilk növbədə cəmiyyətdəki yerimizi, vəzifə və borcumuzu təyin etməyə çalışmalıyıq. Çünki özümüzü dərk cəmiyyətdən, cəmiyyəti dərk isə özümüzdən başlayır. Borcunu bilməyənlər, haqqını çox yaxşı bilir. Haqqını bilib, borcunu unudanlar yalnız özünü düşünənlərdir. Belələri küyə tez düşür, xislətləri yolunu tez azır. Çox təəssüf ki, insan küyə düşəndir. Şair Ə.Tudə demiş:

Küy var bir mənzili yox, bir ölkəni dağıdır,
Yox! Daha küyü də küydən seçmək gərəkdir,
Bir dəfə yox, min dəfə ölçüb-biçmək gərəkdir.

Nəfəsimizi dərmədən ətrafa nəzər salsaq, anlayarıq nədir dünya, insanları budağından yarpaq-yarpaq salan dünya. Kim doğulur əllərində, kim boğulur sellərində? Həmişəlik durulmaqçün çalxalanıb, qaynayıb, bulanan dünyada qəlb çeşməmizi durultmaqçün Allah bizə yaradan əl, onun fərəhindən döyünən ürək, büllurtək göz verib. Axı, quş da quşluğuyla haqqı itirmir, qonduğu budağa xələl yetirmir. Amma insan qəzəbini daşdan, divardan çıxır, özünün qurduğunu uçurmaqla soyudur. Bu yerdə fikrimi Mirzə Cəlilin Molla Abbası yarımçıq qoyur: “...bu camaatın hərəkətinə diqqətlə tamaşa edib deyirəm. Vallah və billah dəli yığıncağına düşmüşük”. Bu “dəli yığıncağı”nın küləyi yel qanadıyla havamızı korlamasın deyə, övladlarımıza yaşamaqla bərabər, yaşatmağı da öyrətməliyik. Bu fikirlərlə doğma şəhərimizin sübhünü seyr edirəm. Güzgü kimi sakinlərinin ürəyini əks etdirən aynalı, parlaq Bakı. Səhərin mehi sanki pıçıldayır: “Haqq yolu ilə irəlilə. Bu, ağıl deyil, ürək işidir. Bələdçin daim çiyninin üstündəki başın deyil, ürəyin olsun”.

Başımı qaldırıb səmaya baxdım, sübhün Şəmsi üzümə gülümsəyirdi...

Elnura CAVADZADƏ
filologiya üzrə elmlər doktoru

Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var