Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İradə Gülməmmədovanın Məmmədli kənd sakinləri ilə səyyar qəbulu keçirilib

Tarix:12-08-2016, 19:41

İradə Gülməmmədovanın Məmmədli kənd sakinləri ilə səyyar qəbulu keçirilib

Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Məmmədli kəndində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını vurğulayan İ.Gülməmmədov səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib. Məmmədli kənd sakinləri ilə keçən il oktyabrın 23-də görüş keçirildiyini vurğulayan başçı ötən müddət ərzində bir çox işlərin görüldüyünü, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımlar atıldığını qeyd edib.
Sonra Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev hesabat xarakterli çıxış edib. O bildirib ki, keçən ilki görüş zamanı edilmiş müraciətlərlə əlaqədar olaraq kənd ərazisində inşa olunan 37 çoxmənzilli yaşayış binasında yaşayan 2200 nəfərdən çox sakinin, eyni zamanda şorgölü ətrafı və Badamlıq adlanan ərazidə fərdi yaşayış evlərində məskunlaşmış 200-ə yaxın ailənin içməli su ilə bağlı problemləri ciddi nəzarətə götürülüb və problem qısa bir zamanda tamamilə aradan qaldırılıb. Belə ki, 1400 diametrlik Qala-Pirallahı xəttindən birləşmə verilməklə 37 çoxmənzilli yaşayış binasında yaşayan sakinlər üçün 800 paqometr uzunluğunda 110 mm diametrli yeni içməli su xətti, şorgölü ətrafında yaşayan aiələlər üçün isə 390 paqometr uzunluğunda 160 və 110 mm diametrli borularla yeni içməli su xətti çəkilərək əhalininn istifadəsinə verilib. Qeyd edilib ki, səyyar qəbul zamanı MTK tərəfindən inşa olunmuş 37 yaşayış binasının qazlaşdırılması ilə bağlı qaldırılmış problemlə əlaqədar olaraq 33 çoxmənzilli yaşayış binasının qazlaşdırılması təmin edilib, qalan 4 binanın qazlaşdırılması ilə bağlı işlər davam etdirilir. Bununla yanaşı, sözügedən 37 yaşayış binasında telefonlaşma işləri tam şəkildə başa çatdırılıb.
Vurğulanıb ki, Məmmədli kəndinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar olaraq ötən müddət ərzində 6 ədəd yeni güc mərkəzi yaradılıb, 1 ədəd 630 KVA-lıq, 3 ədəd 400 KVA-lıq, 2 ədəd 250 KVA-lıq transformator quraşdırılıb. Yeni yaradılmış güc mərkəzlərində 18 km uzunluğunda yeni 0.4 KV-luq SİP ilə şəbəkə qurulub, 1125 ədəd dayaq basdırılıb, 10 KV-luq Məmmədli-1 və 2-ci hava veriliş xətlərində 6500 metr AS-50 naqil dəyişdirilib. Eyni zamanda Məmmədli kəndinə əlavə olaraq 2 ədəd transformatorun qoyulmasına ehtiyac duyulduğu üçün bu istiqamətdə addımlar atılıb, müvafiq yerlər müəyyən edilərək hazırlıq işləri görülüb və yaxın vaxtlarda transformatorların qoyulması nəzərdə tutulub. Bununla yanaşı olaraq kənd ərazisində 1 ədəd dayanacaq quraşdırılıb,

Bundan sonra kənd sakinlərindən Bəşir Mansurov, Şərif Şərifov, Hüseyn Hüseynov, Aida Babayeva, Könül Mustafayeva, Cəsarət Rüstəmov, Əlimurad Rzayev və digərləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərinin reallaşmasında və problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər. Qeyd ediblər ki, ötən görüş zamanı qaldırılan içməli su problem tamamilə həll olunub. Hazırda hər evə içməli suyun gəldiyini qeyd edən sakinlər kəndin elektrik enerji təminatında da müsbət dəyişikliklərin olduğunu qeyd ediblər. Çıxışçılar rayonunda, eləcə də Məmmədli kəndində aparılan quruculuq və abadlıq işlərinə görə təşəkkür edərək, kəndin yeni salınan məhəllələrinə telefon xəttlərinin çəkilməsində, küçələrin abadlaşdırılmasında, elektrik enerjisinin gücünün artırılmasında köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Görüşün yekununda İ.Gülməmmədova bildirib ki, sakinlərlə səyyar görüşlərin keçirilməsi bundan sonra da davam etdiriləcək. O, qeyd edib ki, Abşeron əhalisi surətlə artır və buna müvafiq olaraq müəyyən təlabatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən də həm meydana gələn təlabatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır.

İradə Gülməmmədovanın Məmmədli kənd sakinləri ilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Məmmədli kənd sakinləri ilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Məmmədli kənd sakinləri ilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Məmmədli kənd sakinləri ilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Məmmədli kənd sakinləri ilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Məmmədli kənd sakinləri ilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Məmmədli kənd sakinləri ilə səyyar qəbulu keçirilib

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident