Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Zəfərançılığın inkişafında yeni mərhələ - ARAŞDIRMA

Tarix:11-11-2016, 14:29

Zəfərançılığın inkişafında yeni mərhələ - ARAŞDIRMA


Abşeronda Zəfərançılığın bərpasına başlanıb

Abşeron yarımadasının altı qara qızıl olduğu kimi üstü də qızıla bərabərdir. Bu torpaqlarda respublikanın heç bir yerində yetişməyən ən nadir və qiymətli məhsullar yetişirdi. Vaxtilə şəninə mahnılar qoşub, süfrələrimizin bəzəyi adlandırdığımız zəfəran da həmin bitki növlərinin sırasına daxildir. Bütün dünyada ən qiymətli kənd təsərrüfatı məhsullarından biri olan zəfəran bir çox ölkələrində xüsusən İranda, İspaniyada, Portuqaliyada yetişdirilir. Onun dünya üzrə ən böyük istehsalı İspaniyaya məxsusdur. Lakin XX əsrin ortalarında Abşeron yarımadasında 16 tondan çox quru zəfəran istehsal olunduğunu nəzərə alsaq, bu göstəricinin o vaxtlar Azərbaycana məxsus olduğunu demək olar.

Zəfəranın dəyəri dünya bazarında qızıla bərabərdir

Tarixi yaddaşlardan məlumdur ki, vaxtı ilə bir cibdə yerləşdirilmiş kiçik bir torba zəfəranın hesabına Həcc ziyarətinə gedib-gələn adamlar olub. Bunu da qeyd etməmək olmaz ki, keyfiyyətinə görə Abşeron zəfəranının tayı-bərabəri yoxdur. Bizdə - Azərbaycanda İrandan gətirilmiş zəfəran da satılır. Onu Abşeron zəfəranı ilə müqayisə edənlər yaxşı bilir ki, onların arasında çox böyük fərq var. İspaniya, Portuqaliya zəfəranı keyfiyyətcə İran zəfəranından da geri qalır. Zəfəranın ən keyfiyyətlisi məhz Abşeron torpağında yetişir. Sözsüz ki, məhsulun bu qədər keyfiyyətli olmasına iqlim şəraiti də təsir göstərir.

Zəfərançılığın inkişafında yeni mərhələ - ARAŞDIRMA


Tariximizdə Zəfəran

Tarixi mənbələrə görə zəfəran Azərbaycana VIII-IX əsrlərdə Kiçik Asiyadan gətirilib. O zaman Dərbənd ərazisində, Ağdam, Salyan və Gəncə ətrafında zəfəran becərilirmiş. Xüsusən də Abşeronun mülayim qışı, günəşli yayı və münbit torpağı zəfəranın becərilməsi üçün çox əlverişli olub. Həsən bəy Zərdabi yazırdı ki, zəfəran Azərbaycan torpağında becərilən ən qədim bitkilərdən biridir. 1927-ci ildə Bilgəhdə “Zəfəran” sovxozu da yaradılmışdı. 140 hektar sahəsi olan sovxozda il ərzində 140-150 kiloqram quru zəfəran istehsal olunurdu. İndi də respublikamızın müxtəlif yerlərində zəfəran becərilir. Amma bununla nəinki xarici, heç daxili təlabatı da qarşəlamaq mümkün deyil. Bu da ondan irəli gəlir ki, indi sovxozlar, təsərrüfat sahələri yoxdur. Təkcə Bilgəh qəsəbəsində salınmış keçmiş sovxozun ərazisində 23 hektarlıq zəfəran bağı qorunub-saxlanılır və bir də ayrı-ayrı şəxslər öz həyətyanı sahələrində bu bitkini becərirlər. Nədənsə fermerlər də bu sahəyə “qol qoymaq” istəmirlər, halbuki zəfəranın faydası, ondan gələn gəlir bu bitkinin becərilməsinə çəkilən xərci artıqlaması ilə çıxarır.

Zəfəranın faydası

Əsrlərdir dünyanın bir neçə ölkəsində yetişdirilən bu qiymətli bitki onlarla dərdin dərmanıdır. İlk olaraq zəfəran iştahaaçıcıdır. Onun qoxusu bədənin müqavimətini artırır. Sinir zəifliyini arada qaldırır. Qoxusu sakitləşdirici təsirə malikdir.
Zəfəran temperaturu salır, öskürəyi kəsir. Bu özəlliklərinə görə, asma və bronxit xəstəliklərində faydalıdır. Bundan əlavə, bu qiymətli bitki qaraciyər, öd, ürək, göz xəstəliklərinin də dərmanı ola bilər. Zəfəran diş əti ağrılarını azaldır və dişləri qüvvətləndirir.

Zəfəran Abşeronda iyul, avqust aylarında əkilir.

1980-1985-ci illərdə Azərbaycanda ildə 100-120 kiloqram zəfəran istehsal olunurdu. Keçmiş SSRİ məkanında zəfəran yalnız Azərbaycanda - Abşeronda becərdilib. Müstəqilliyin bərpasından sonrakı ilk illərdə zəfəran bitkisinin də kütləvi yetişdirilməsi dayandı: “Vaxtilə Bakının Bilgəh qəsəbəsi ərazisində fəaliyyət göstərən “Zəfəran” sovxozu il ərzində ümumilikdə 60 kiloqrama yaxın məhsul istehsal edirdi.

Zəfərançılığın inkişafında yeni mərhələ - ARAŞDIRMA


Abşeronda zəfərançılığa yeni qayğı

Bilgəh Zəfərançılıq Sovxozunun briqadiri Rafiq Xaliqov deyir ki, Abşeronda zəfəran yetişdirilməsi üçün iqlim və torpaq şəraiti əlverişlidir, bu bitkinin yenidən becərilməsi üçün artıq Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Bilgəh qəsəbəsində, keçmiş sovxozun ərazisində 23 hektar torpaq sahəsidə ayrılıb. Onun sözlərinə görə, SSRİ dağılandan sonra zəfərançılıq, zeytunçuluq kimi sahələrdə də inkişaf dayanıb: “Torpaqlar özəlləşdiriləndən sonra zəfəran əkib-becərənlər də bu işlə məşğul olmadılar. Artıq 20 ilə yaxındır zəfərançılıq sovxozu fəaliyyət göstərmirdi, amma bu gün Abşeron RİH başçısının tapşırıq və tövsiyələri əsasında 23 hektara yaxın ərazidə yenidən həmin bitki becərilib və bu gün artıq yığım işləri aparılır”.

R.Xaliqovun sözlərinə görə, Sovet İttifaqının süqutundan sonra müstəqillik qazanmış Azərbaycanda ilk illər hakimiyyətsizlik, özbaşınalıq və anarxiya baş alıb gedirdi. Bu da respublikanın bütün sahələri kimi kənd təsərrüfatına da öz mənfi təsirini göstərdi. Ölkədə yaranmış belə gərgin vəziyyətdən istifadə edən bəzi “işbazlar” zəfəran sahəsinə də göz dikdilər. Tez - tez dəyişən hakimiyyət rəhbərləri əllərinə düşmüş fürsətdən öz maddi maraqları naminə yararlanaraq, var - dövlər toplamaqla məşğul idilər. Bu dövrdə zəfərançılığın inkişafı da unuduldu. Onların “işgüzarlığı”nın, xalqa “qayğıkeşliyinin” nəticəsində zəfəran bağlarını əhatə edən sahələr sürətlə azaldı.Apardığımız araşdırmalar zamanı məlum olur ki, 1990-cı illərin ortalarındək faktiki olaraq dağıdılmaqda və məhv edilməkdə olan zəfaran bağlarını bu təhlükədən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin üzvü, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru Cəlal Əliyev xilas edib. Dövlət müstəqilliyinin ilk illərindən mövcud zəfaran bağlarını məhv olmaqdan qorumaq üçüün həmin ərazidə olan Bilgəh Zəfaran sovxozunun ərazisini xüsusi mühafizəyə aldırıb və nəticədə 23 hektar zəfaran bağı qorunub saxlanıb.

Zəfərançılığın inkişafında yeni mərhələ - ARAŞDIRMA


Abşeron Rayon İcra Hakimiyyətində zəfərançılığın inkişafı ilə bağlı xüsusi bir layihə də hazırlanıb. Bu sahədə fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin ayrılmasına yardım göstərilib. Bundan əlavə, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında kənd təsərrüfatı rayonu kimi formalaşmış Abşeronun əvvəlki şöhrətinin özünə qaytarılması, xüsusilə cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq rayon ərazisində Abşerona xas olan zeytun, badam, üzüm bağlarının, istixana şəraitində becərilən tərəvəzçilik və gülçülük sahələrinin genişləndirilməsi, zəfərançılığın inkişafı, heyvandarlıq məhsulları istehsalının artırılmasına dair müddəalar yer alıb. Dövlət Proqramında Abşeron yarımadasında və digər regionlarda zəfərançılığın bərpası və genişləndirilməsinin dəstəklənməsi qeyd olunub. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti və bələdiyyə orqanlarının qarşısında müvafiq hədəflər qoyulub. Hazırda bu sahəyə diqqət daha da artırılıb. Bununla bağlı müəyyən göstərişlər də verilib. Həmçinin rayon icra hakimiyyəti tərəfindən də zəfərançılığın inkişafı üçün müxtəlif işlər görülüb. Zəfərançılığın inkişafına, onunun toxumunun istehsalına diqqət artırılıb. Bu sahəyə dövlət dəstəyi, zəfərançılığı sevən insanların birgə səyləri nəticəsində yenidən bu sahənin daha da inkişaf edəcəyi istisna deyil”.

Şamo Əliyev

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur
Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur
Heydər Əliyevin 100 illik yubileyi Abşeronda qeyd edilib
Heydər Əliyevin 100 illik yubileyi Abşeronda qeyd edilib