Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayon ictimayyətinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsini Novruz bayramı münasibətilə təbrik etdi

Tarix:19-03-2017, 21:24

Abşeron rayon ictimayyətinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  ailəsini Novruz bayramı münasibətilə təbrik etdi

19 mart 2017-ci il tarixdə Abşeron rayon ictimayyətinin nümayəndələri, Xırdalan şəhər 17 saylı Uşaq bağçası və Körpələr evinin rəhbərliyi və kolektivi, Qarabağ döyüşçüsü Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsini Novruz bayramı münasibətilə təbrik etdi.
Abşeron rayon ictimayyətinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  ailəsini Novruz bayramı münasibətilə təbrik etdi

Xırdalan şəhəri Heydər Əliyev mərkəzinin qarşısında cəmlənən ziyarətçilər Biləsuvar rayonun Əliabad kəndində yerləşən ata ocağında Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşdülər.
Abşeron rayon ictimayyətinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  ailəsini Novruz bayramı münasibətilə təbrik etdi

Xırdalan şəhər Xırdalan şəhər 17 saylı Uşaq bağçası və Körpələr evinin müdirəsi Könül İbrahimova görüş zamanı Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq, qeyd etdi ki “Mübariz qısa ömür yaşasa da canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük şəhidlik məktəbi qoydu. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir.O, xidmət etdiyi cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək əsl bir cəngavər kimi 5 saat təkbaşına döyüşür. Ermənilər əvvəlcə elə zənn edirlər ki, onlara qarşı Azərbaycan ordusu hücuma keçib.
Abşeron rayon ictimayyətinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  ailəsini Novruz bayramı münasibətilə təbrik etdi

Gecənin qaranlığında çaşbaş qalan düşmən Azərbaycan əsgərinin göstərdiyi bu şücaətin qarşısında ağır itkilər verir. Düşmən bir neçə saat davam edən bu döyüşə əlavə qüvvə cəlb edir. Elə bu amansız döyüşdə Mübariz İbrahimov qəhrəmancasına həlak olur.Mübarizdə olan Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. O, öz şərəfli ölümü ilə, öz qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.”
Abşeron rayon ictimayyətinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  ailəsini Novruz bayramı münasibətilə təbrik etdi

K. İbrahimova bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mübariz İbrahimov torpaqlarımızın azadlığı uğrunda rəşadətli və müstəsna xidmətlərinə görə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü. Ölkə Prezidenti tərəfindən Mübarizin qəhrəmanlığına verilən bu yüksək qiymət respublikamızın hər yerində igid vətən əsgərinin qəhrəmanlığına, döyüş rəşadətinə verilmiş layiqli qiymət kimi qarşılandı. Mübariz ölumün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut etdi.Bu şücaəti ilə Mübariz Azərbaycan gəncliyinə başucalığı gətirdi. Bu gün hər bir gənc Mübariz qəhrəmanlığından örnək alır, nümunə götürür.
Təhsil müəssisələrimizdə şagirdlərimizə Mübariz vətənpərvərliyi aşılanır.Hərbi xidmətə yola salınan gənclərimizə vətəni necə qorumağı Mübarizdən öyrənmələri təbliğ olunur.
Abşeron rayon ictimayyətinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  ailəsini Novruz bayramı münasibətilə təbrik etdi

Qarabağ döyüşçüsü, İgidlik ordeni, Vətən naminə, Azərbaycan bayrağı mükafatları sahibi olan Adil Kərimov çıxış etdərək vurğuladı ki, Azərbaycanın Çingiz Mustafayev, İlham və Fərizə kimi mərd oğul və qızlarının olduğunu hər bir Azərbaycan gənci bilməlidir. Mübariz İbrahimov kimi igid oğullarımızın göstərdiyi şücaət təbliğ olunmalıdır. Yetişməkdə olan Azərbaycan gənci onun necə qəhrəman oğul və qızlarının olduğunu bilməlidiri. O zaman həmin qəhrəmanlar aramızda olmasalar da, onların ruhları daima şad olar və bundan qazanan yalnız gənclər olar. Bu gün hər kəs bunu görür və sevinir. Sevinirlər ki, vətənpərvər gənclər var, ürəyi vətən eşqilə döyünən gənclər yetişir.
Abşeron rayon ictimayyətinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  ailəsini Novruz bayramı münasibətilə təbrik etdi

Qəlbində vətən sevgisi olan bir insan vətənpərvərlik hissini hər yerdə aşılayacaq. O hər bir gördüyü işdə vətəni düşünəcək. Vətəni sevmək yalnız əlinə silah alıb döyüşə atılmaq deyil. Vətəni sevmək hər insanda ola bilər, adi bir dükan da satıcıdan tutmuş nazirlikdə işləyən bir insana qədər. A. Kərimov çıxışının sonunda Aprel döyüşlərində vətənpərvərlikdən və əsgərlərimizin şücaətindən danışdı.
Abşeron rayon ictimayyətinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  ailəsini Novruz bayramı münasibətilə təbrik etdi
Abşeron rayon ictimayyətinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  ailəsini Novruz bayramı münasibətilə təbrik etdi
Abşeron rayon ictimayyətinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  ailəsini Novruz bayramı münasibətilə təbrik etdi

Milli Qəhrəmanın atası Ağakərim İbrahimov ölkə rəhbərliyi tərəfindən onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin təşəkkürünü bildirdi. Abşeron rayon İcra Hakimiyyəti Başçısı İradə Gülməmmədovanı Novruz bayramı münasibətilə təbrik etdi. Rayon sakinlərinə cansağlığ və xöşbəxtlik arzuladı.
Abşeron rayon ictimayyətinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  ailəsini Novruz bayramı münasibətilə təbrik etdi
Abşeron rayon ictimayyətinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  ailəsini Novruz bayramı münasibətilə təbrik etdi

Milli qəhrəmanın anası Şamama İbrahimova Şəhidin anası Şamama xanım Mübariz haqqında jurnalistlərə danışıb: "Mən fəxr edirəm ki, belə bir oğlun anasıyam. O, yenidən dünyaya gəlsəydi, istəyərdim ki, yenə də döyüşlərə getsin və daha çox ermənini məhv etsin. Bu, onun arzusu idi. Əminəm ki, arzusuna qovuşduğuna görə Mübarizin ruhu rahatdır".
Abşeron rayon ictimayyətinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  ailəsini Novruz bayramı münasibətilə təbrik etdi

Şamama ana, hər gün onun çarpayısında yatmaqla oğlunun qoxusunu sanki içində yaşatmağa, onu hiss etməyə çalışır. Ana bu acını oğlunun şəhid olması qüruru ilə də ovutmağa çalışır. "Onun çox möhkəm iradəsi var idi. Qarşısına qoyduğu məqsədə çatmaq üçün hər şey edərdi. Mübariz hər zaman ermənilərin axırına çıxmağı arzu edirdi. Mübariz 3-cü sinifdən boksa və güləşə gedib. Daim idmanla məşğul olurdu. Uşaqlıqdan döyüş filmlərinə baxırdı. Son zamanlar evdə tez-tez "Mən sağlam olmalıyam. Heç vaxt xəstə düşə bilmərəm. Çünki bu, mənə öz arzumu yerinə yetirmək üçün lazım olacaq" deyərdi.
Abşeron rayon ictimayyətinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  ailəsini Novruz bayramı münasibətilə təbrik etdi

Axırıncı dəfə 10 günlük məzuniyyətə gələndə evdəkilərlə sağollaşanda anası onun ardınca su atıb, sağ-salamat qayıtmasını arzulayıb. Mübariz isə anasına - "Suyu kiminsə arxasınca atanda onun qayıtmasını arzulayırlar. Arxamca su atma, ağlama, onsuz da qayıtmayacam..." deyə cavab verib.
Şamama ana sonda respublikamızda ilk İcra başçısı olan İradə Gülməmmədovaya öz təşəkürünü bildirərək, Novruz bayramı günündə Xaırdalan şəhərindən Biləsuvar rayonunun Əliabad kəndinə Mübarizin evinə glən hər kəsə öz təşəkkürünü bildirdi.
Sonra ziyarət iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova məxsus müxtəlif şəkillər, haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət guşə ilə tanış oldular.
Abşeron rayon ictimayyətinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  ailəsini Novruz bayramı münasibətilə təbrik etdi
Abşeron rayon ictimayyətinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  ailəsini Novruz bayramı münasibətilə təbrik etdi
Abşeron rayon ictimayyətinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  ailəsini Novruz bayramı münasibətilə təbrik etdi

Novruz adət ənələrinə uyğun olaraq, yumurta döyüşdürdülər, Xırdalan şəhər 8 saylı məktəbin şagirdi Aydan Şamilova kamançada “Bayram axşamları” mahnısını ifa etdi. Bağçanın tərbiyəçiləri Novruz bayramı haqqında geniş məlumat verərək, şəhid ata və anasını təbrik etdilər.
Abşeron rayon ictimayyətinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  ailəsini Novruz bayramı münasibətilə təbrik etdi

Abşeron rayon İnformasiya Agentliyinin rəhbəri Anar Nağıyev bu gözəl gündə Abşeron rayon ictimayyəti nümayəndələrinin ziyarətini səmimi qəbul edən, Mübarizin keçdiyi həyat yolundan geniş məlumat verən, bu günkü gəncliyimizə nümunə olan Milli qəhrəmanımızın valideyinlərinə öz minətdarlığını bildirdi. Mübariz İbrahimov gənclərimiz üçün vərtənpərvərlik nümunəsidir.
Abşeron rayon ictimayyətinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  ailəsini Novruz bayramı münasibətilə təbrik etdi

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində aparılan işlər çərçivəsində milli qəhrəmanlarımızın gənclər arasında təbliği, onların adlarının əbədiləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu mənada Biləsuvar rayonunda şəhid, milli qəhrəman Mübariz İbrahimovun adının əbədiləşdirilməsi, ona göstərilən yüksək ehtiram təqdir edilməlidir.
Abşeron rayon ictimayyətinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  ailəsini Novruz bayramı münasibətilə təbrik etdi
Abşeron rayon ictimayyətinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  ailəsini Novruz bayramı münasibətilə təbrik etdi

A. Nağıyev vurğladı ki, bu gün minlərlə mübariz oğullarımız var və onlar ən az Mübariz İbrahimov kimi qəhrəmanlıq göstərməyə hazırdılar. Bu, yalnız bir nəfərin şücaəti, qəhrəmanlığı idi. Biz isə hamımız bir olanda daha əzəmətli, daha güclüyük. Bunun üçün isə sadəcə hər birimiz Mübariz olmağı bacarmalıyıq.
Abşeron rayon ictimayyətinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  ailəsini Novruz bayramı münasibətilə təbrik etdi

Sonda xatirə şəkli çəkildi.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident