Abşeron rayon Saray qəsəbəsində Laçınlı şəhid Səma Kərimovanın xatirəsinə həsr olunmuş şəhid bulağının açlışı oldu.
Rayonumuzda vaxtaşırı vətənpərvərlik mövzusunda keçirdiyi bu cür tədbirlər artıq ənənə halını almışdır. Şəhidlərimizin, döyüşçülərimizin keçdiyi şərəfli yolun təbliğinə xidmət edən və Səma Kərimovanın xatirəsinə keçirilən bu anım tədbirində, Abşeron və Laçın rayonlarının İcra Hakimiyyətinin məsul şəxsləri,KİV- nin nümayəndələri. Saray qəsəbə İcra nümayəndiliyi və Bələdiyyənin rəhbər üzvləri. Qeyri Hökümət təşkilatlarının üzvləri, şəhidin ailə üzvləri, Qarabağ müharibəsi iştirakçıları və tanınmış ziyalılar iştirak ediblər.
Tanınmış ilahiyyatçını Təyyar Əyyar oğlu Hüseynli tədbiri açaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edirlməsindən sonra Laçınlı şəhid Səma Kərimova haqqında tədbir iştirakçılarına geniş məlumat verdi:
Səma Kərimova 31 dekabr 1969-cu ildə Laçın rayonunun Nağdalı kəndində dünyaya gəlmişdir. 1974-cu ildə orta məktəbə getmişdir və 1984-cu ildə orta məktəbi yaxşı qiymətlərlə bitirmişdir. 1986-cı ildə Səma Kərimova Dövlət Pedaqoji İnstitutunun filologiya fakuyltəsinə qəbul olmuşdur. İnstitutu bitirdikdən sonra isə peşə fəaliyyətinə
Nağdalı kənd orta məktəbində başlamışdır.
17-18 may 1992-ci ildə Laçın rayonu işğal olunan zaman Səma və ailəsi də öz doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalmışdılar. Səmagil Laçından çıxdıqdan sonra Bərdə rayon Qaradəmirçi kəndində yaşayan qohumlarıgilə pənah gətirmişdilər. 1992-ci ildə Azərbaycan ordusunun Kəlbəcər və Qubadlı istiqamətindən Laçın rayonunun azad edilməsi üçün apardığı genişmiqyaslı hərbi əməliyyatları zamanı Laçın şəhəri istisna olmaqla rayon erməni işğalçılarından azad edilmişdir. Laçın əhalisinin əksəriyyəti işğaldan azad edilmiş ərazilərə geri dönməyə başlayanda Səma da həyat yoldaşı ilə birlikdə avqust ayının 25-də Laçına geri qayıtdılar. Ancaq Laçında qalmaq çox da uzun sürmədi, 1993-cü ilin mart ayında ermənilərin geniş hücüm əməliyyatları zamanı əhali rayon ərazisini tərk etməyə məcbur oldu. Mart ayının 31-də Səma və dayısıgil də yenidən Laçını tərk etdilər.
31 mart 1993-cü ildə Laçın eli üçün çox ağır bir faciə üz verdi, Səmagilin maşın karvanı Kəlbəcər rayonu ərazisində yerləşən tuneldə mühasirəyə düşdülər. Mühasirə zamanı Səmanın dayısı Asif və bibisi elə oradaca şəhid oldular, böyük dayısı Yusif Əliyev ilə Səma isə ağır yaralandılar. Səma Kərimova, bir yaşlı qızı Nurlanə Hümbətova və digər əsir düşmüş yaralıları əvvəlcə Vəng kəndinə sonra isə Xankəndində yerləşən uşaq xəstəxanasına gətirmişdilər. 1993-cü il may ayında anasına yazdığı məktubunda bildirirdi ki, qızı Nurlanə ilə birlikdə Xankəndində uşaq xəstəxanasındadır, 1 aydan çoxdur ki, sol ayağından ağır yaralıdır, ayağa qalxa bilmir. Səmanı və qızı Nurlanəni geri almaq üçün ailəsi ermənilərlə danışıqlar aparırdılar. Tələb olunan məbləğ çətinliklə olsa da, toplanmışdı.
Ancaq ölümü əsirlikdən üstün tutan Səma özünə qəsd etmək qərarına gəlmişdir. Və may ayının 15-də Səma Kərimova intihar edər şəhidlik zirvəsinə yüksəlmişdir. Ermənilərlə uzun sürən danışıqlardan sonra iyun ayının 23-də Səmanın cəsədi geri alınaraq Bərdə rayonunda dəfn edilmişdir. Səmanın ölümündən sonra əsirlikdə qalan qızı 1 yaşlı Nurlanə Hümbətova avqust ayının 5-də geri alınmışdır. Ermənilər öz murdar əməllərindən geri qalmayaraq avtomatın qundağı ilə Nurlanənin boynunun arxasına vurub onu əbədi həyat işığından məhrum etdilər. Adı Nurlanə olan körpə ömürlük nura həsrət qaldı...
Səma haqqında bu çıxışdan çox təsirlənən iştirakçılar çıxış etməyə çətinlik çəkdiklərini bildirsələr də, danışmağı özlərinə bir borc hesab etdilər.
Tədbirdə çıxış edən Abşeron rayon İcra Hakimiyyəti aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Azər Məmmədov çıxış edərək Səmanın bir azərbaycan qadını olaraq seçdiyi şərəfli ölüm yolunu, ucaldığı şəhidlik zirvəsini bir örnək olaraq gördüklərini qeyd etdi. Abşeron rayon İcra başçısı İradə xanım Gülməmmədovanın tapşırığı ilə Səmanın adına küçə verilməsini və Saray bələdiyyəsi tərəfindən şəhid bulağının qoyulmasını qeyd etdi.
Millət, namus, şərəf uğrunda canını fəda edən bu türk qızının bir qeyrət simvolu olduğunu və bu qəhrəmanlığın bütün nəsillərə nümunə olduğunu söylədi. Çıxışının sonunda A. Məmmədov bütün vətən uğrunda canlarından keçən Şəhidlik zirvəsinə ucalanlara Allahdan rəhmət dilədi.
Daha sonra çıxış edən Solmaz Cahangirova və Respublika Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova Səma Kərimovanın adının əbədiləşdirilməsində yaxından iştirak edən hər kəsə öz minətdarlıqlarını bildirdilər.
Tədbirdə iştirak edən natiqlər çıxışları isə həm tədbir iştirakçıları tərəfindən, həm də Səmanın qızı Nurlanə tərəfindən maraqla qarşılandı.
Tədbirin sonunda çıxış edən Səmanın anası Sevda Kərimova və Səmanın qızı Nurlanə rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədovaya öz minətdarlığını bildirdi. Bulağın hazır olunmasında əziyyəti keçən Saray qəsəbə Bələdiyyəsinin sədri Natiq Tahirova, İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsi Əli Həsənova və bütün tədbir iştirakçılarına ailəsi adından öz təşəkkürünü bildirdi.
Şəhidin anası bu cür tədbirin işıqlanmasından yaxından iştirak edən Abşeron informasiya agentliyinə, Azertac.az, Space, Arb və İctimayi Tv kanllarına , onları daim diqqət mərkəzində saxlayan Laçın rayon İcra Hakimiyyətinə və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinə minnətdarlığını bildirdi.
Tədbir boyu göz yaşlarına sahib ola bilməyən, hələ bir yaşındaykən erməni əsirliyinin məşəqqətini yaşayan və erməni cəlladları tərəfindən dünya işığına həsrət qalan Nurlanə çox danışa bilməyəcəyini söylədi və bu tədbirə görə təşkilatçılara və tədbir iştirakçılarına minnətdarlığını bildirdi. Saray Bələdiyyəsinin sədri və Şəhid anası Sevda Kərimova qırmızı lenti kəsərək bulağın suyundan içdilər. Saray qəsəbəsi 2 və 3 saylı tam orta məktəbin şagirdləri Şəhidlər mövzuaunda şerlər söylədilər.
Arzu olundu ki, o gün olsun Laçında o gözəl təbiəti aolan məkanın bulaqlarından tezlikən içərək üç rəngli dalğalanan bayrağımıza tamaşa edək.