Nəcib insan, şəfqətli qadın, görkəmli alim, mərhəmətli dosst, bütün ruhunu ailəsinə bəxş edən ana, sədaqətli həyat yoldaşı, humanist və təvazükar xahım Zərifə Əziz qızı Əliyeva haqqında bu deyilən epitetlərin hər birinə layiq olan ömrünün məqamlarından yetərincə danışmaq mümkündür. Kökü qanı ilə bağlı olduğu Əliyevlər nəslinin layiqli varisi olan bu xanım kökü üstündə boy atdı. Zərifə xanım elə insanlardandır ki, hələ sağlığında haqqında rəvayətlər yaranır, xeyrxahlığı, humanistliyi dillər əzbərinə çevrildi. Böyük bir nəslin qızı alicənab, valideynlərindən gələn və gəncliyindən taleyini bağladığı Əliyevlər ocağının gəlini bu ali nəcabətinə rəğmən çox sadə, təvazükar ömür sürdü. Zərifə xanımın həyat fəlsəfəsinin ilkin qaynaqlarını hər şeydən öncə göz açdığı ailədə axtarmaq lazımdır. Əziz Əliyevin ocağında nəinki tərbiyə, təhsil həm də həyat dərsləri alan Zərifə xanım və onun bacı, qardaşları elə bu soya, kökə yaraşan bir ömür yaşadılar. Zərifə xanım haqqında xatirələrin birində oxudum ki, o, dərslərini əla oxumaqla yanaşı müsiqi təhsili də almışdır. Gözəl fortopiano, akardion ifa edərmiş, incə, ürəyəyatan səsi ilə gözəl mahnılar oxuyarmış. Səhnə əsərlərinə, teatra vurğun imiş. Demək olar ki, çağdaşı olduğu əksər teatr əsərlərinin primyeralarında iştirak edərmiş, özü də yumoru çox sevərmiş.
Rəfiqələri, dostları, yaşca özündən böyük, yaşca özündən kiçik hamı onu sevərdi, hamıya qarşı qayğıkeş və əliaçıq idi. Uşaqlıqdan şəfqət və mərhəmət duyğuları ilə böyüyən Zərifə xanım elə yeniyetməliyindən həkim olmaq qərarını verir. Söz verdiyi kimi zərif çiyinlərinə götürdüyü nəcim missiyanı qısa ömründə şərəflə yerinə yetirdi. Tanıyanların dediyinə görə Zərifə xanım kabinet həkimi deyildi, heç vaxt kabinetdə də olmayıb, həmişə aspirantların yanında, xəstələrin başı üstündətəcrübi laboratoriyalarda olarmış.
Mötəbər bir ailənin xanımı, iki övlad anası, çox dəyərli həkim, yenilikçi alim Zərifə xanım bu işləri ilə yanaşı cəmiyyətin, dövlətin tərəqqisi inkişafında da əməyini əsirgəməmişdir. Ana, qadın, həkim, xeyrxah insan zərif vücudunda birləşdirən Zərifə xanım ömür boyu ictimai işlərdə məşğul olurdu, son ana qədər nəcib əməlindən qalmamışdır. Gəncliyindən azadlığa, xeyrxahlığa, humanistliyə meylli şəkildə formalaşan gənc həkim Zərifə xanim deyərdi ki, “Həkim təkcə həkimdirsə, deməli, o pis həkimdir”. Həkimliyi ilə yanaşı ictimai işlərlə dövlətə xidmət eüdən Zərifə xanım bu təmənnasız işlərinə yeniyetmə çağlarından ömrünün son günlərinə qədər sadiq qaldı.
Bəşəriyyətin yaratdığı ən böyük, əvəzedilməz kapital-insandır. Baş verənlər-möhtəşəm bəşər tarixi isə yalnız insan beyninin diqtəsilə hərəkətə gəlmişdir.
Tarixə nəin ki istedadlı alim, klinisist elm təşkilatçısı, gözəl pedoqoq, yeni alimlər nəslinin tərbiyəçisi, ictimai xadim kimi daxil olan Zərifə xanım bəlkədə taledən ona göndərilmiş qismət payı kimi ən böyük amalı təmsil etdiyi ocağı qoruması idi. Tale onu elə şəxsiyyətlə rastlaşdırmışdı ki, həyatını bu əzəmətli duyğularla yaşamalı idi. Azərbaycanın bütün sahələrdə böyük inkişafında çox önəmli yer tutan dahi bir insanın gördüyü işlərdə, əməllərdə Zərifə xanımın da istedadının da payı vardır. Zərifə xanımın Azərbaycan tarixinə yaradıcılığı ilə yanaşı bəxş etdiyi ailə, yoldaşı, oğlu, varisləri də var. Bu gün Azərbaycanın qazandığı hər bir uğurda onların da xidməti danılmazdır. Müqdrik xalqımızın belə bir kəlamı da var: “Gəlin ocağa çəkər”. Zərifə xanım elə ailələrin işığından nur payı seçdi ki, gəlini-Mehriban xanım da bu ocağı daha da şöhrətləndirdi, isitdi, dünyaboyu tanıtmağı bacardı. Mehriban xanım bütün sevgisi, məsuliyyəti ilə bağlandığı ocağın ənənələrini də daha da zənginləşdirərək övladlarına da ötürməyi bacardı.
Zərifə xanım bahar ömrü yaşadı, dünyaya çiçək fəslində, aprel ayında qədəm qoydu, elə çiçək fəslində də apreldə də dünyasını dəyişdi. Sanki ömrü bir çiçəyin açıb solması qədərində çəkdi, bir çiçək ömrü yaşadı. Neçə illərdi ki, Zərifə xanım onu tanıyanların, sevənlərin qəlbində, gözündə, ruhunda yenidən doğulur, yada salınır, anılır. Zərifə xanım bu gün yanan, gələcəkdə də yanacaq ailə ocağının işığı övladları, xalqını qoruya, isidə bilirsə deməli o, gerçək əbədi anılmaq haqqını qazanmışdır.
Leyla Bayramova,
Abşeron rayonu, Xırdalan şəhəri, 24 nömrəli uşaq bağçasının müdiri