Sumqayıtdakı Gənclər Evində “Xəmsə” Milli İntellektual Oyunu üzrə gənclər arasında IX Azərbaycan çempionatının Abşeron zona mərhələsində Abşeron, Xızı rayonları və Sumqayıt şəhərindən olmaqla, ümumilikdə, 8 komanda iştirak edib.
Tədbir şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb.
Yarışın açılışında çıxış edən Abşeron rayon gənclər və idman idarəsinin rəisi Əsgər Əmirəliyev "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın icrası istiqamətində rayonda görülmüş işlərdən və həyata keçirilən tədbirlərdən danışıb, iştirakçılara uğurlar arzulayıb.
Gərgin mübarizə şəraitində keçən bilik yarışının sonunda Abşeron rayonunu təmsil edən “Prometey” komandası I yeri, “Abşeron” komandası II tutaraq finala vəsiqə qazanıb.
Qeyd edək ki, çempionatın final mərhələsi Balakəndə keçiriləcək.
Şamo Əliyev