Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bakı 2017 həyəcanı Abşeronun qonağı oldu

Tarix:3-05-2017, 15:26

  Bakı 2017 həyəcanı Abşeronun qonağı oldu

Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu bugün Abşerona yetişdi. Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək.

Bu əlamətdar günlə əlaqədar bugün səhər ilk olaraq Masazır gölü ətrafında tədbir keçirildi. Abşerondakı Masazır gölü dünyada səkkiz “çəhrayı göl”-dən biri hesab olunur.Onun qeyri-adi rəngi suda və duzun tərkibində yaşayan mikroorqanizimlərlə izah olunur.

Proqramı çərçivəsində Masazır gölü ətrafında baş tutan Su mərasimində Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev , Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin baş məsləhətşisi və Abşeron rayon üzrə nümayəndəsi İlham Manafov, Abşeron Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, idarə, təşkilat və müəssisələrin əməkdaşları da iştirak ediblər.

Su mərasimi, şahmat və rəsm həvəskarı Mirkərəm Bağırlı, karete üzrə Dünya və Avropa çempionatlarının qızıl medal mükafatçısı Sədi Namazov və boks üzrə Dünya Çempionatının qızıl medal mükafatçısı Fərhad Acalov tərəfindən göldən səhəngə su doldurulması ilə nümayiş etdirildi. Su səhəngi axşam Qaradağ rayonunda keçirilən Su festivalında təqdim ediləcək. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.

Tədbiri maraqlı edən daha bir məqam Abşeron Rayon İcra Hakimiyyətinin sifarişi ilə duzdan hazırlanmış labirint üzərində dördüncü İslam Həmrəyliyi Oyunlarının maketi Təşkilat Komitəsi və qonaqlar tərəfindən maraqla qarşılanıb.

Məlumat üçün bildirək ki, Masazır gölü, Azərbaycan Respublikasının Abşeron rayonun ərazisində, paytaxt Bakıdan 21 km şimal-qərbdə yerləşir. Bu göldən 1813-cü ildən başlayaraq mütəmadi şəkildə duz hasil olunur. Masazır gölünün uzunluğu 4.7 km, ortalama eni 2.1 km, ümumi sahəsi 10 km2-dir. Gölün dərinliyi 0.2 metrdən 3 metrə qədərdir. Masazır duz gölündə duz iki vəziyyətdə mövcuddur: gölün dibində olan duz layı şəklində və gölün suyunun tərkibində məhlul şəklində. Göl suyunda NaCl miqdarı 270 gr/litrdir, göl suyunun ümumi mineralizasiyası 330 gr/litrdir. Masazır gölünün cəmi duz ehtiyatı 1.735.000 tondur. Bu göl qırmızıya boyanan görüntüsü ilə yalnız xoş təəssürat yaradan mənzərə deyil, həm də bir çoxları üçün təbiətin verdiyi çörək ağacıdır

Su festivalından aldığı sevinc hislərini Abşeron Xəbərin -ın müxbiri ilə bölüşən rayon İcra Hakimiyyətinin əməkdaşı Seymur Qasımov ürək sözlərini belə ifadə edib: “Biz gənclər Xəzərdən başlayan su səyahətinin tarixi anlarını doğma Abşeronda yaşadığımız üçün qürur hissi keçiririk. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin Abşeronda davam etdirilməsi rayonumuz üçün unudulmaz bir hadisədir. İki il əvvəl birinci Avropa Oyunlarının, bu il isə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin bu cür möhtəşəm tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi etmək qüdrətindən xəbər verir. İnanırıq ki, IV İslam Həmrəyliyi Oyunları həmrəylik, birlik, sağlam və ədalətli rəqabət ruhunda keçəcək”.

IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsindən qürur duyduğunu bildirən Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev sevinc hislərini Abşeron Xəbər-in müxbiri ilə bölüşərək deyib: “Azərbaycan möhtəşəm idman bayramı ərəfəsindədir. Bakının bu Oyunlara ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzunun, sosial-iqtisadi inkişafının göstəricisidir. Sevinirəm ki, Xəzərdən başlayan su səyahəti doğma Abşeron rayonuna da yetişdi. Əminik ki, bu möhtəşəm idman bayramı da yüksək səviyyədə keçəcək və ölkəmiz daha bir tarixi uğura imza atacaq”.

Şamo Əliyev

Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib