Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda Şuşalı şəhid ailələri ilə görüş keçirilib

Tarix:5-05-2017, 15:49

Abşeronda Şuşalı şəhid ailələri ilə görüş keçirilib


Şuşa şəhərinin 1992-ci il 8 may tarixində işğalı ilə əlaqədar olaraq Abşeron rayonunda məskunlaşan Şuşalı şəhid ailələri ilə görüş keçirilib. Abşeron rayon İcra Hakimiyyətində baş tutan görüşdə Azərbaycanın bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sukutla yad edilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək, hər il Azərbaycanın şəhər və rayonlarının işğal günlərində həmin bölgələrdən olan şəhid ailələri ilə gürüşlərin keçirildiyini, bunun da məqsədinin işğal altında olan ərazilərimizin təbliğ edilməsi, gəclərimizin vətənpərvərlik ruhunda böyüdülməsi, onların unudulmamasına çalışmaq, şəhid ailələrinə dövlət qayğısı göstərmək olduğunu bildirib.

İşğal altında olan ərazilərimiz, o cümlədən Şuşa şəhəri haqqında danışmağın hamı üçün ağrılı olduğunu vurğulayan İ.Gülməmmədova Şuşanın Azərbaycan tarixində, mədəniyyətində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycanda ilk pul sikkələrinin, ilk məktəbin məhz Şuşada yaradıldığını vurğulayan başçı bu qala şəhərinin mədəniyyət beşiyi olmaqla yanaşı elmi mərkəz funksiyasını da yerinə yetirdiyini söyləyib. Sovet İttifaqı dönəmində Şuşanın tarixinin bilərəkdən saxtalaşdırıldığını, onunla bağlı olan həqiqətlərin məqsədli şəkildə insanlara çatdırılmadığını vurğulayan İ.Gülməmmədova qeyd edib ki, o zamanlar da bu şəhərimizin maddi-tarixi abidələri, sənət əsərləri gizlincə daxıdılıb, talanıb və məhv eilib.

Düşmən tapdağında olan torpaqlarımızın işğal altından azad edilməsi istiqamətində dövlət tərəfindən uğurlu siyasət aparıldığını qeyd edən başçı bildirib ki, cənab prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çox tez bir zamanda biz öz dədə-baba yurdlarımıza qayıdacağıq. Prezident İlham Əliyevin işğala məruz qalan ərazilərimizin sülh yolu ilə geri qaytaramağa çalışdığını, lakin bu mümkün olmadıqda hərbi yolla rayonlarımızın azad ediləcəyini vurğulayan başçı əlavə edib ki, biz hər birimiz o günə hazır olmayıq.

Daha sonra Şuşadan olan şəhid ailələri Solmaz Mirzəyeva, Təranə Mirzəyeva torpaqlarımızın tezliklə azad ediləcəyinə, məcburi köçkünlərin ata-baba yurdlarına dönəcəklərinə inandıqlarını bildirərək onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Sonda şəhid ailələrinə maddi yardımlar göstərilib.

Abşeronda Şuşalı şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Şuşalı şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Şuşalı şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Şuşalı şəhid ailələri ilə görüş keçirilib

Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sarsılmazdır
Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sarsılmazdır
Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər
Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər
Qarabağda xunta rejimi cəmi 24 saata tərksilah edildi
Qarabağda xunta rejimi cəmi 24 saata tərksilah edildi
Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb
Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb
Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur
Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...
Abşeron rayonunda 2022-ci il sentyabr şəhidlərinin xatirəsi anılıb
Abşeron rayonunda 2022-ci il sentyabr şəhidlərinin xatirəsi anılıb
İlham Əliyev Xırdalanda 11 nömrəli məktəbin yeni binası ilə tanış olub - Video
İlham Əliyev Xırdalanda 11 nömrəli məktəbin yeni binası ilə tanış olub - Video
Övladlığa uşaq götürmək üçün nə etməli?
Övladlığa uşaq götürmək üçün nə etməli?
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, səmərəli dövlətçilik konsepsiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdir
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, səmərəli dövlətçilik konsepsiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdir
Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir
Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu
Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu
Demokratik inkişafın Heydər Əliyev modeli
Demokratik inkişafın Heydər Əliyev modeli
Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir
Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir
Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub
Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub
I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edilib
I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edilib
Ermənistanın növbəti şantaj kampaniyası da uğursuzluğa düçar oldu
Ermənistanın növbəti şantaj kampaniyası da uğursuzluğa düçar oldu
Abşeron rayon İcra Hakimiyətində təcrübə keçən könüllülərlə görüş keçirilib.
Abşeron rayon İcra Hakimiyətində təcrübə keçən könüllülərlə  görüş keçirilib.