Abşeron rayon Saray qəsəbə məktəbində “Heydər Əliyev və Azərbaycan” mövzusunda tədbir keçirilib.Məktəbin qarşısında şagirdlərin rəsim sərgisi ilə tanış olan qonaqlar sərgilənən rəsimlərə baraqla baxdılar. Dövlət himini ilə tədbir başlandı.
Məktəbin direktoru Fikrət Balakişiyev tədbiri açaraq Heydər Əliey və müasir Azərbaycan mövzusunda keçirilən tədbirləri yüksək qiymətləndirərək qeyd etdi ki, bu günkü tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edildiyini bildirib.
Təhsil ocaqlarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini, irsini əks etdirən Xırdalan şəhərində Heydər parkında Heydər Əliyev muzeyinin fəaliyyətin yüksək qiymətləndirən direktor burada həm böyüməkdə olan gənc nəslə, həm də şəhərimizin qonaqlarına müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verilir. Ulu öndər Heydər Əliyev həyatını xalqımıza, ölkəmizin inkişafına həsr edib.
O, ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə ölkəmizin tərəqqisinə böyük önəm verib. Çünki onun zəngin irsinin dərindən öyrənilməsi, qorunub saxlanılması, təşviqi və hərtərəfli inkişaf etdirilməsi YAP- ın fəaliyyətinin əsas istiqamətlərindəndir”. Heydər Əliyevin gənc yaşlarından xüsusi xidmət orqanlarında çalışdığını, Azərbaycan sərhədlərini qarış-qarış gəzdiyini, müstəqillik illərində milli sərhəd strategiyasını yaratdığını, gənc kadrlara diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.
Sonra çıxış edən Abşeron rayon təhsil şöbəsinin müdir əvəzi Pərviz Əhmədov qeyd etdi ki, Heydər Əliyevin gənc yaşlarından xüsusi xidmət orqanlarında çalışdığını, Azərbaycan sərhədlərini qarış-qarış gəzdiyini, müstəqillik illərində milli sərhəd strategiyasını yaratdığını, gənc kadrlara diqqət və qayğı ilə yanaşdığını vurğuladı. Müasir Azərbaycanın formalaş¬ması və müasir səviyyəyə yüksəlməsi bilavasitə Ümummilli Liderin adı ilə bağlıdır. “Müstəqil dövlətimiz əsrlər boyu yaşayacaqdır. Nə qədər ya¬şayacaqsa, o qədər də onun sər-hədləri olacaq və o qədər də sər¬hədləri qorumaq lazım olacaqdır”, – deyən Ulu Öndər hər zaman Azərbaycan ordusununu qələbələrə ruh¬landırıb. P. Əhmədov çıxışının sonunda qeyd etdi ki, məhz Heydər Əliyevin rəhbərliyi altında siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq ideologiyanın bərqərar olması nəticəsində bu gün Azərbaycan yüksək səviyyədə inkişaf edən bir ölkəyə çevrilib.
Daha sonra Rayon Ağsaqqallar şurasının müavini Cəfər Quliyev çıxışında Ümummilli Lİderin həyat yolundan geniş məlumat verdi. Azərbaycanın düşdüyü bəlalardan məhz Heydər Əliyevin böyük siyasəti nəticəsində qurtarmasını vurğuladı. Azərbaycan ordusunun yaradılması,
sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində müstə¬qil¬lik illərində əldə olunmuş nailiyyətlərin əsasını Heydər Əliyevin XX əsrin 60-cı illərindən başlayan ardıcıl fəaliyyəti təşkil edir. Heydər Əliyev SSRİ dönəmində sərhəd mühafizəsi və hərbçi kadrların hazırlanması məsələlərinə xüsusilə həssas yanaşıb. Bu münasibətin Azərbaycanın müstəqilliyinə hesablanmış uzaq¬¬görənlikdən qay-naq¬lanması da bir həqiqətdir.
Məktəbin dil ədəbiyyat müəllimi Güllü Zeynalovanın təşkilatçılığı ilə hazırlanan tədbir iştirakçıların alqışı ilə davam etdi. Məktəbin musiqi müəlliməsi Sevda Rzayeva şagirdləri musiqi nömrələri ilə yüksək səviyədə hazırlamışdır. Təşkilatçı Nigar Priyevanın tədbirin ərsəyə gəlməsində öhdəsinə düşən vəzifəni yerinə yetirmişdir. Demək olar ki, bütün şagirdlərin hazırlaşdığı tədbir vətənpərvərlik ruhu ilə üç rəngli bayrağımızın dalğalanması, İbtidai sinif müəlliməsi Validə Abışovanın 2- e sinif şagirdləri olan Aytac Ağazadənin, Zəhra Ağazadənin, Gülbahar Yunisli, Mələk Vəliyeva, Lamiyə Aslanova şerlər söylədilər, 5-ç sinif şagirdi Nazpəri Əliyeva və 8 -d sinif şagirdi Aytən Zərbəliyeva gözəl rəqslər təqdim etdilər.
Məktəbin şagirdlərinin hazırladıqları Heydər Əliyev haqqında şerlər, mahnılar oxundu. Tədbir iştirakçıları maraqlı səhnəciklər izlədilər. Sonda xatirə şəkli çəkildi.