Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Təhsil ocağında “Azərbaycanım mənim” adlı tədbir keçirildi

Tarix:19-05-2017, 17:34

Təhsil ocağında “Azərbaycanım mənim” adlı tədbir keçirildi

Bu gün Xırdalan şəhər 3 saylı tam orta məktəbdə "Azərbaycanım mənim" adlı hərbi vətənpərvərlik ruhunda marifləndirici tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin, Ağsaqqallar şurasının, Şəhid atası, Şəhid anaları, Qarabağ döyüşçüləri, qazilərin, KİV- nin nümayəndələri iştirak edirdilər.
Təhsil ocağında “Azərbaycanım mənim” adlı tədbir keçirildi

Qonaqlar məktəbin qarşısında şəhid Bəxtiyar Yaqub oğlu Cəfərovun büstü önünə tər qərənfillər düzdülər, ruhuna duallar edildi. Allahdan rəhmət diləndi.
Məktəbin foesində məzun şəhidlər haqqında məktəbin direktoru Sevinc Əliyeva məlumat verdi. Məktəbin 16 məzununun ən böyük zirvə olan şəhidlik adına ucalmasından danışdı. Bu gün təhsil ocağının uğurlarını qeyd etdi. Vətənpərvərlik, ilk növbədə, dininə, dilinə, tarixinə, keçmişinə, ədəbiyyatına, musiqisinə hörmət, ətrafdakı insanlara sevgi deməkdir. Vətənə sevgi məhz vətənpərvərlikdən başlayır. Allaha, valideynlərimizə borclu olduğumuz kimi, vətənə də borcluyuq. Çünki biz bu torpağın üstündə gəzir, bu torpaqda, bu vətəndə yaşayırıq. Hazırda Azərbaycan müstəqil, suveren dövlətdir. Vətəni sevən hər bir vətən övladı müstəqilliyin nə olduğunu dərk etməlidir. Respublikamızda baş verən proseslərə baxdıqda ancaq müsbət hadisələrin şahidi oluruq. Müstəqillik əldə etməyimiz çox önəmli bir hadisədir. Bütün insanlara, o cümlədən məktəbli gənclərə itirilmiş torpaqlarımız haqqında, şəhidlərimiz barəsində danışmaq, onlarda vətənə sədaqət aşılamaq lazımdır. Hamı bilməlidir ki, müstəqillik asan qazanılmayıb. Bu yolda minlərlə şəhidimizin qanı tökülüb. Bu baxımdan, Azərbaycan torpağında yaşayan hər bir kəs müstəqilliyimizin qədrini bilməli, vətən uğrunda daim hər şeyə hazır olmalıdır.
Təhsil ocağında “Azərbaycanım mənim” adlı tədbir keçirildi

Vətən borcu, vətən sevgisi hər kəsin ürəyində və gözlərinin nurunda olmalıdır. Çünki babalarımızdan yadigar qalan torpaqları qorumaq, Heydər Əliyev ideyalarına sadiq qalmaq hər birimizin müqəddəs borcudur. Vətəni sevmək yalnız əlinə silah alıb döyüşə atılmaq deyil. Bu mənada, hər bir Azərbaycan gənci tutduğu vəzifəsindən asılı olmayaraq, vətəninin qədrini bilməli, ona sədaqətlə yanaşmalı və bayrağını uca tutmalıdır. Milli dəyərlərimizə həmişə hörmətlə yanaşmaq hər birimizin borcudur. Azərbaycanın gəncləri bu vətən üçün şəhid olublar. Bu gün Şəhidlər xiyabanı ancaq matəm günlərində ziyarət ediləcək bir yer deyil. Uşaqlar, yeniyetmələr və gənclər hər gün buranı ziyarət etməli, torpaqlarımız uğrunda canlarından keçən insanları unutmamalıdırlar.
Təhsil ocağında “Azərbaycanım mənim” adlı tədbir keçirildi

Məktəbimizin əziz müəllim və şagird kollektivi vətənpərliyin nə qədər müqqəddəs olduğunu heç zaman unutmayacağımızı bildirmək üçün toplaşmışdır. Bu günki tədbirimizdə iştirak edən qonaqlarımızı salamlayır onları. Xoş gəlmisiz deyirik. İndi isə “Azərbaycanım mənim” adlı tədbirimiz açıq elan olunur.
Əvvəlcə Azərbaycan Dövlət himni səsləndi, sonra Azərbaycan xalqının azadlığı uğrunda qurban getmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin şagirdləri bu günkü tədbir barədə məlumat verdilər.
Təhsil ocağında “Azərbaycanım mənim” adlı tədbir keçirildi

Tarixə yazılan günlərin hamısı yadda qalan olmur.Keçdiyimiz hər gün tarixə dönür. Elə günlər var onlar unudulub gedir, elələri də var ki,onlar heç vaxt unudulmur,yaddan çıxmır. Belə günləri unudulmaz edənlər qəhrəmanlardandır şəhidlər. Çünki, bu dünyada hamımıza bəxş olunan ömür payı var. Ömür yolunu müəyyən müddətdən sonra başa vuracağıq. Bu mənada insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyin adıdır şəhid olmaq.
Allah, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq. Xalq tərəfindən qərinlər, əsrlər keçməyinə baxmayaraq əsla unudulmayan insanlardır şəhidlər. Tarix boyu inanan millətləri zəfərdən zəfərə aparan səbəb də vətənə xidmət etmək və şəhid olmaq arzusudur.
Təhsil ocağında “Azərbaycanım mənim” adlı tədbir keçirildi

Tədbirin aparışıları biz fəxr edirik ki, Bəxtiyar Yaqub oğlu Cəfərov kimi qəhrəmanın adını daşıdığı məktəbdə təhsil alıram, və bununla bərabər məktəbimizin 16 şəhididə var. Bunların adları şərəflə şagirdlər tərəfindən çəkildi.
Cəfərov Bəxtiyar Yaqub oğlu
Bünyatov İlyas Bəybala oğlu
Dünyamalıyev Rafiq Dünyamalı oğlu
Əliyev Məhəmməd Yusif oğlu
Heydərov Arzu Firudin oğlu
Abbasquliyev Elşən Feruz oğlu
Qulamov Elşən Cəmil oğlu
Quliyev Araz Xaliq oğlu
Əkbərov İlham Ələsgər oğlu
Xudverdiyev Tahir Firuz oğlu
Nurəliyev Elşən Cavanşir oğlu
Nəcəfov Sahib Ramazan oğlu
Talıbov Elçin Yaqub ğlu
Xəlilov Vüsal Ədalət oğlu
Əbilov Şəhriyar Təvəkkül oğlu
Xəlilov Fəzail Fazil oğlu


“Azərbaycan əsgəri” mahnısı səsləndi. Şagirdlər mahnı sədası altında zala düşürlər və zalın iki tərəfində səhnəyə gəldilər.
Təhsil ocağında “Azərbaycanım mənim” adlı tədbir keçirildi

Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə millətə sevgi hissini müxtəlif səviyyə və istiqamətlərdə vətənə millətə xidmət etməyi birləşdirirsə, bunları zirvəsində vətən üçün ölümə hazır olmaq dayanır. Bu vətənpərvərliyin ən uca və ali formasıdır. Bəşər övladı vətənə xidmət etməyin bundan uca zirvəsini kəşf etməyib.
Təhsil ocağında “Azərbaycanım mənim” adlı tədbir keçirildi

Vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olmuş, bu gün d aktual olaraq qalır. Millətin vətənpərvərliyi onun tamlığını, bütövlüyünün təməli desəm belə də səhv etmərik. Bir xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüy, varlığı, suverenliyi ilə ölçülür. Əgər biz tarixi keçmişimizə nəzər salsaq görərik ki,doğma yurdumuz Azərbaycanın igid cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olmuş yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparaq vətənin bütövlüyü-nü qorumuşlar.
Biz belə oğullarımızla fəxr edirik Azadlığımızı onlara borcluyuq. 0nlardan biri də qəhrəmanlığı ilə dillər əzbəri olan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov olub. 3 nömrəli məktəbində qəhrəmanlığı ilə ad san qazanmış igidləri vardır ki, onların şəhid olmasından 25 il ötür. Indi isə gəlin Milli Qəhrəmanımızın ürəkləri dağlayan gözləri yaşardan məktubunu dinləyək.

Təhsil ocağında “Azərbaycanım mənim” adlı tədbir keçirildi

Məktəbin şagirdləri Mübariz İbrahimov haqqında slayd məktub slayd Şəhid oldum klipi nümayiş olundu.

Sonra 11A sinif şagirdləri İsmayılov Sadiq və İsayeva Lalənin ifasında Cənab leytinant mahnısın ifa etdilər.

Vətəndə qürbəti heç düşünmədim
Qürbətə düşdüyüm an vətən –dedi
Qəlbim arı kimi elə sızladı
Bağrımın başında şan “Vətən”-dedi
******
Allahı, vallahi söz olan dilim
Yurdun hər sözünə göz olan dilim
Ağzının içində köz olan dilim
Axşam harayladı dan “Vətən”-dedi
******
Nədir bu sözdəki ilahi qüdrət
Dizlərə taqətdi, qollara qüvvət
Elə ki,birləşti həsrətlə,qüdrət
Ürək parçalandı can “Vətən”-dedi

Vətən sevgisi nədir ?
İlk baxışdan mücərrəd görünən bu anlayış əslində kankret əməllərdə təzahür edir. Vətəni sevməli . Vətən naminə yaşamalı, ona xidmət göstərmək üçün hansısa seçilmiş bir sənət, peşə sahibi olmağa lizum yoxdur. Fəhlə də , həkimdə, alim də Vətən üçün yaşaya öz əməli ilə Vətənin şöhrətini artıra bilər. Kifayətdir ki, o ürəkdə sevgi, istək, olsun. Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır. O tale qismətdir ulu yaradan tərəfindən bizə bəxş olunub. Bu müqəddəs məkanda keçmişlə gələcəyimiz qarışır. Vətən yalnız üstündə qay ömür sürmək üçün deyildir. Biz vətənimizlə qürur duyduğumuz kimi həmdə onu böyük məhəbbətlə sevirik və onunqarşısında özümüzü borclu sanırıq.Vətən lazım gələrsə qarşında məndə, və mənim kimi gənclərdə hər an canımı qurban verməyə hazır dayanıbdı. Biz hər an vətənin keşiyindəyik, hər an canımızla, qanımızla onu müdafiə etməyə hazırıq!!!!!!
Od ürəkli, od nəfəsli diyarımsan
Ocağına canım qurban, Azərbaycan
Əzilsəm də əyilməyən, vüqarımsan
Bu çağına canım qurban, Azərbaycan
******
Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladım neçə qurban
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban Azərbaycan
******
Neçə gizli sərvət yatır qucağında
Neçə ölkə od aparır ocağında
Azadlığın al rəmzi var bayrağında
Bayrağına canım qurban, Azərbaycan

Azərbaycan – canımla, duyğularımla, bütün varlığımla bağlı olduğum gözəl məkan mənim doğma diyarım. Azərbaycan mənim diyarım.
Azərbaycan mənim arxam,gücüm, qüvvətim, yenilməzliyim!
Təhsil ocağında “Azərbaycanım mənim” adlı tədbir keçirildi

Vətən müqəddəs varlıqdır. Vətən sevgisi bütöv və təmənasız olmalıdır. Vətəni sevmək, lazım gəlsə canın fəda etməyi bacarmaq hər kəsin yüksələ biləcəyi ən ali şərəfdir. Vətənpərvərliyin ən uca zirvəsi şəhidlikdir. Azərbaycanın yüzlərcə oğlu və qızı Vətənin müstəqilliyi, sərhədlərinin toxunulmazlığı naminə canlarını fəda edərək şəhidlik zirvəsinə yüksəlmişlər. Vətən naminə çarpışan qəhrəmanların adı xatirələrdə yaşayır, onların şərəfinə abidələr ucaldılır, əməllər barədə şeirlər yazılır, mahnılar bəstələnir. Xalqımız sülh tərəfdarıdır. Münaqişə sülhlə başa çatmalı, respublikamızın ərazi bütövlüyü təmin olunmalıdır. Azərbaycan sabaha açılan pəncərəsi geniş və işıqlıdır. Mən bu pəncərədən müstəqilliyimizin getdikcə möhkəmlənməsini, ölkəmizin qüdrətinin artmasını görürəm.

Təhsil ocağında “Azərbaycanım mənim” adlı tədbir keçirildi

Zülfiyyə Xanbabayevanın Azərbaycan haqqında mahnısı səsləndi. 1 ci sinif şagirldəri Sülh mahnısı ilə səhnəyə daxil oldular.

Təhsil ocağında “Azərbaycanım mənim” adlı tədbir keçirildi

Şəhid Bəxtiyar Cəfərovun atası Yaqub Cəfərov çıxış etdi. Şəhid atası "Vətən sağ olsun" deyərək tədbir iştirakçılarına və təşkilatçılara öz minətdarlığını bildirdi.
Abşeron rayon B.Y.Cəfərov adına 3 nömrəli məktəb-liseyin məzunu Qarabağ döyüşçüsü,igidlik fərqlənmə medalı,Azərbaycan bayrağı, ilin vətənpərvər övladı diplomları sahibi, rabitəçi Adil Kərimova çıxış etdi. "Sərhəd hər bir müstəqil dövlət üçün çox əzizdir, vacib bir sahədir və təbiidir ki, sərhədin qorunmasında xidmət göstərən hər kəs xalqımızın, millətimizin hörmət və ehtiramına layiqdir"

Təhsil ocağında “Azərbaycanım mənim” adlı tədbir keçirildi

Heydər Əliyevin dediyi kəlamı xatırlatdı. Vətən sərhəddən başlayır. Bu yolda əsgərindən generalınadək hər bir sərhədçi vətənini canı bahasına qoruyur və sevir. "Sərhəd hər bir dövlətin rəmzidir. Bayraq, gerb və himn kimi", - söyləyən dövlət başçımız İlham Əliyev müstəqil dövlətin əsas dayağının onun silahlı qüvvələrində olduğunu vurğulayır. Suda,quruda və səmada vətənin keşiyini çəkən sərhəd qoşunlarımızın igid əsgərləri ordumuzu yenilməz edir. Hərbi aviasiya, hərbi dəniz hissələri, sərhəd dəstələri, sərhəd qoşunlarının fəaliyyətini təmin edən hərbi hissələr, elmi-tətqiqat hissələrini özündə cəmləşdirən sərhəd qoşunlarımız yarandığı vaxtdan etibarən vətənimizin rifağı uğrunda əzmlə çalışır. Sərhədçilərimiz arasında şəhidlik zirvəsinə ucalan igidlərimiz az deyil. Onlardan bir çoxu milli qəhrəman adını alaraq tariximizə silinməz iz salmışlar. "Hər şey vətən üçün", - deyən, canını vətən uğrunda fəda etməyə hazır olan, ordumuzda xidmət edən əsgərlərimiz ən böyük vətənpərvərlərdir. Əlbəttə ki, hər bir Azərbaycan gənci öz vətənini, bayrağını sevməli, milliyyətçi və vətənpərvər olmalıdır. Sərhədlərimizin toxunulmazlığının və etibarlı qorunmasının aktual olduğu bir dövrdə Azərbaycan oğulları borclarına sadiq qalaraq vətənin keşiyində layiqincə dayanırlar.

Təhsil ocağında “Azərbaycanım mənim” adlı tədbir keçirildi

Rayon Ağsaqqallar şurasının sədir müavini Cəfər Quliyev çıxış edərək vurğuladı ki, hər bir vətənpərvər insan fəxr edir ki, Azərbaycan kimi müasir və güclü dövlətin vətəndaşıdır. İstər quruda, istər sahildə, istərsə də, səmada Azərbaycanın təhlükəsizliyini təmin edən, dövlətimizi və millətimizi qoruyan şərəfli əsgərlərimiz, sizinlə fəxr edirik!
Mən əminəm ki, istənilən zaman işğal altında olan torpaqlarımızı geri qaytara bilərik. Ölkəmizdə hər il keçirilən hərbi parad düşmənə gözdağıdır. Bu paradda ordumuzun güclü texniki bazaya sahib olduğuna şahid olur, fərəh hissi keçiririk. Fəxrlə deyə bilərik ki, Azərbaycanın yenilməz ordusu, savadlı gələcəyi var!

Təhsil ocağında “Azərbaycanım mənim” adlı tədbir keçirildi

Rayon Təhsil şöbəsinin metodisti Zərifə Cəbiyeva çıxış etdi. Azərbaycan tarixindən və şərəfli ömür sürən igidlərimizdən məlumat verdi. Abşeron rayonu o cümlədən hazırkı tədbirin keçirildidiyi Xırdalan şəhər 3 saylı məktəbin şagirdlərinin vətənpərvər şəxsiyyət kimi yetişməsində müəllimlərin əməyinin danılmaz olduğunu vurğuladı. Cəmiyyətdə elə gənclər var ki, vətənpərvər işlərlə məşgul olur, vətəni üçün əllərindən gələni əsirgəmirlər. Bunlar ürəyi vətən eşqi ilə çırpınanlardır. Azərbaycanın hər qarış torpagı ugrunda hər an əlinə silah alıb döyüşə hazır olanlardır. Bunlar o insanlardır ki, vətəni dərk edirlər. Vətənpərvərlik ruhu, milli mənlik şüuru ailədən başlayaraq təhsil ocaqlarına qədər gənc nəsilə aşılanmalıdır.

Təhsil ocağında “Azərbaycanım mənim” adlı tədbir keçirildi

Məktəbimizin Hərbi rəhbəri Əliyev Firudin müəllim məktəbdə keçiilən hərbi vətənpərvərlik ruhunda tədbirlərin böyük əhəmiyyətindən danışdı. Bu gün Azərbaycan milli ordusunda on minlərlə gənc vətənə sədaqətlə xidmət edir.

Dövlətimiz onların xidmətini və bu gün Azərbaycan ordusunun sıralarında olmasını, ölkəmizin ərazisinin, torpaqlarının keşiyində durmasını yüksək qiymətləndirir. Azərbaycanın milli ordusunun güclənməsi, qüdrətlənməsi hər bir vətəndaş üçün, hər bir gənc, uşaq üçün lazımdır. Çünki biz öz vətənimizi, müstəqil dövlətimizi, respublikamızı daim qorumaq qüdrətinə malik olmalıyıq. Azərbaycan milli ordusunun möhkəmlənməsi və inkişaf etməsi bu gün dövlətimizin qarşısında duran mühüm vəzifələrdən biridir. Bizim ordumuz möhkəmlənir. Bu, vacib amildir. Çünki Azərbaycan ordusu bu gün və gələcəkdə ola biləcək hər hansı bir təcavüzün qarşısını almağı bacarmalıdır. Ordumuz möhkəmlənir ki, torpaqlarımızın bütövlüyünü bərpa edə bilsin. Bütün bunlara görə Azərbaycan gəncliyinin qarşısında duran ən vacib məsələlərdən biri məhz orduda xidmət etmək, öz döyüş bacarığını göstərməkdir. Əgər gənc nəslin nümayəndələri vətənimizi ürəkdən sevməsələr, vətənpərvər olmasalar, yurdumuz azad və müstəqil şəkildə yaşaya bilməz.

1988-1994- cü illərdə ağır döyüş keçmiş,Ağdam uğrunda şəhid olmuş taqım komandiri Azərbaycan Bayrağı ordenli Nazim Cəbrayılov haqqında danışmaq üçün sözü veririk şəhidin qızı Jalə müəllimə çıxış etdi. Atasının ucaldığı o yüksək ada görə fəxr etdiyini söylədi.
Təhsil ocağında “Azərbaycanım mənim” adlı tədbir keçirildi

Ümummilli Liderimiz Heydər ƏLiyev tərəfindən "Azərbaycan bayrağı" ordeni ilə təltif olunan N. Cəbrayılovun davamçılarının yetişdiyini vurğuladı. Bu gün Nazim Cəbrayılovun adını yaşadan nəvəsinin yüksək bal toplayaraq Aviasiya akademiyasından təhsil aldığını diqqətə çatdırdı.
Təhsil ocağında “Azərbaycanım mənim” adlı tədbir keçirildi

Məktəbi 25 il bundan əvvəl bitirən QƏhrəmanımız Adil Kərimov 1 ci sinifə qədəm qoyduğu, ibtidai təhsil aldığı sinif otağında oldu. Məktəblə bağlı xatirələrini bölüşdülər. Qonaqlar muəllimlərə öz təşəkkürlərini bildirərək, birincilərə uğur arzuladı.

Tədbir “Azərbaycan” mahnısı – Müslüm Maqamayevin möhtəşəm ifası ilə başa çatdı.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident