IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin heyətində Abşeron idmançıları da iştirak ediblər. Belə ki, karate, uşu-sanda və sərbəst güləş millimizin heyətində üç idmançımız – Firddovsi Fərzəliyev, Elçin Eminov və Hacı Əliyev uğur qazanmağ üçün mübarizə aparıblar.
1. Abşeronlu idmançıların “Bakı-2017”də ilk medalını Firdovsi Fərzəliyev qazanıb. Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bürünc medal uğrunda görüşdə indoneziyalı Suryadi Suryadi ilə qarşılaşıb. Rəqibi üzərində 6:0 hesabı ilə inamlı qələbə qazanan Firdovsi Fərzəliyev IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına yiyələnib.
2."Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının uşu yarışlarının üçüncü günündə Azərbaycan idmançısı Elçin Eminov İran təmsilçisi Mahdi Mohammadi ilə qarşılaşdığı final görüşündə gümüş medalla kifayətlənməli olub.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev final qarşılaşmasına baxıb.
3. Xalça üzərinə 61 kiloqram çəki dərəcəsində çıxan ikiqat dünya çempionu, Rio Olimpiadasının bürünc mükafatçısı Hacı Əliyev həlledici görüşdə qırğızıstanlı Alibek Osmonov üzərində təmiz qələbə qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
Qalibə medallı dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.Çempion pəhləvanımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.
Şamo Əliyev