“Sosial-iqtisadi və ekoloji inkişaf” ictimai birliyi Abşeron rayon İcra Hakimiyyəti ilə birgə Xırdalan şəhər Mədəniyyət Mərkəzində “Qaçqın və məcburi köçkünlərin əmək fəaliyyətinin yaxşılaşdırılmasında ictimayyətin rolunun artırılması" ilə əlaqədar maarifləndirici tədbir keçirib.
Tədbiri giriş nitqi ilə rayon icra hakimiyyətinin Şöbə müdirinin müavini - Dini qurumlarla işin təşkilatçısı, Vüqar Bəşirli açıb.
İctimai birliyin sədri Rahilə Mehdiyeva “Qaçqın və məcburi köçkünlərin əmək fəaliyyətinin yaxşılaşdırılmasında ictimayyətin rolunun artırılması" mövzusunda məruzə edib. Təlimçi İlqar Nəsirovun da mövzuya aid çıxışı dinlənilib.
Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideolojiyasına müxtəlif aspektdən yanaşıblar. “Qaçqın və məcburi köçkünlərin əmək fəaliyyətinin yaxşılaşdırılmasında ictimayyətin rolunun artırılması" Abşeron rayonunda uğurla aparılır. Bu gün rayonda Qaçqın və köçkünlər yerli əhali kimi tam işlə təmin olunub.
Keçən tədbirdə iştirakçılar maraqlı, məzmunlu diskusiya aparıblar.