Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalan şəhəri Heydər Əliyev mərkəzində 28 May- Respublika Günü münasibətilə tədbir keçirilib

Tarix:27-05-2017, 16:15

Xırdalan şəhəri Heydər Əliyev mərkəzində  28 May- Respublika Günü münasibətilə tədbir keçirilib

Mayın 27-də Xırdalan şəhəri Heydər Əliyev mərkəzində 28 May- Respublika Günü münasibətilə tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Abşeron Heydər Əliyev Mərkəzi arasında saziş imzalandıqdan sonra rayon İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin, İdman və Gənclər idarəsinin, Mədəniyyət və Turzm şöbəsinin və Saray qəsəbəsi 3 saylı təhsil ocağının nümayənədləri iştirakı ilə "Şanlı tariximizin bir günü" adlı tədbir baş tutdu.

Xırdalan şəhəri Heydər Əliyev mərkəzində  28 May- Respublika Günü münasibətilə tədbir keçirilib

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Xırdalan şəhəri Heydər Əliyev mərkəzində  28 May- Respublika Günü münasibətilə tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan Saray qəsəbəsi 3 saylı məktəbin direktoru Teyyubə Hüseynova bildirib ki, 1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət yaşamasına baxmayaraq, xalqımızın, millətimizin tarixində önəmli rol oynayıb. Qeyd edib ki, bu tədbirimizdə xalqımızın vətənpərvər və millətsevər oğlu, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə iştirak edir.

Azərbaycan Xalq Cümhuriyyəti ictimai-siyasi fikir tariximizdə, dövlətçilik tariximizdə böyük rol oynayıb. Ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində SSRİ-nin zəifləməsi müttəfiq respublikalarda milli-azadlıq mübarizəsinin güclənməsinə təkan verdi. Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Bayrağımız, himnimiz, gerbimiz yenidən bərpa edildi.
Lakin müstəqilliyimizin ilk illəri çox çətin və mürəkkəb şəraitdə keçdi.
Yalnız ulu öndər Heydər Əliyevin zəngin idarəçilik və dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi, iradə və qətiyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya bildi. Məhz ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu, gücləndirdi, dünya miqyasında tanıtdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müstəqil dövlətimizin daha da gücləndirilməsi, davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi və beynəlxalq siyasi nüfuzunun yüksəldilməsi üçün çoxşaxəli səmərəli fəaliyyət həyata keçirir. Azərbaycan öz müstəqilliyinin 26-cı ilini yaşayır. Biz müstəqil dövlətin vətəndaşı olmaqdan qürur duyuruq. Müstəqil dövlətimizi göz-bəbəyimiz kimi qorumaq bizim hər birimizin, xüsusilə də, gənclərin müqəddəs borcudur.
Məktəb şagirdlərinin hazırladıqları səhnəciklər, mahnı və şerlər təqdim olundu. "Əbədi ezamiyyət" filim nümayiş etdirildi. "Azadlıq marşı", "Bir ürəkdən danışım", "Azərbaycan", "İgid əsgər", "Amin", "Ümummilli lider", "Bayraq", "Əsgər marşı" səsləndi. Müxtəlif səhnəciklər şagirdlər tərəfindən təqdim olundu. Milli geyimdə oğlan və qızlar rəqs nömrələri ilə çıxış etdi.

Xırdalan şəhəri Heydər Əliyev mərkəzində  28 May- Respublika Günü münasibətilə tədbir keçirilib

Abşeron rayon Ağsaqqallar şurasının sədri Nadir Ağayev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizin xüsusi şərəfli bir səhifəsi olduğunu, dövlət quruculuğu sahəsində mühüm qərarlar qəbul etdiyini, parlamentarizm ənənələrini formalaşdırdığını, idarəetmənin hüquqi əsaslarını yaratdığını, müstəqil dövlətçiliyimizin hüquqi, siyasi, ideoloji mədəni və tarixi əsaslarının müəyyənləşdirilməsində böyük rol oynadığını qeyd ediblər.
23 aylıq hakimiyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti çox ağır və mürəkkəb bir tarixi-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bəzi xarici dövlətlərin Azərbaycanın müstəqil dövlət kimi yaşamasına imkan vermək istəməmələri, xüsusilə də erməni silahlı dəstələrinin Qarabağda və Zəngəzurda yaratdığı qarşıdurmalar, onların xalqımıza qarşı törətdikləri vəhşiliklər, həmçinin parlament daxilində hökm sürən hərc-mərclik Azərbaycan Xalq Cümhuriyyətinin normal fəaliyyət göstərməsinə ciddi mənfi təsir göstərirdi. Lakin buna baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti öz dövlətçilik atributlarını qəbul etmiş, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində mühüm əhəmiyyət kəsb edən ciddi addımlar atmışdır. 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında fərman imzalandı, iyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi, noyabrın 9-da isə həmin bayraq üçrəngli - yaşıl, qırmızı və mavi zolaqlardan ibarət olan bayraqla əvəz edildi. Sentyabrın 1-də Hərbiyyə Nazirliynin yaradılması barədə qərar qəbul edildi. 1919-cu ilə kimi Milli Ordunun yaradılması məqsədilə hökumət tərəfindən 400 milyon manat vəsait ayrılmışdı. Ordunun yaradılması prosesi 1920-ci ilin yanvarında əsasən başa çatdırıldı. Yaradılmış 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi. Onu da qeyd edək ki, ölkəmizdə milli parlamentarizmin təşəkkül tarixi də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır. Bugünkü müstəqil Azərbaycan Respublikası məhz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir.

Xırdalan şəhəri Heydər Əliyev mərkəzində  28 May- Respublika Günü münasibətilə tədbir keçirilib

Abşeron rayon Təhsil şöbəsinin rəis əvəzi Pərviz Əhmədov 28 May- Respublika Günü haqqında geniş məlumatla çıxış edib. P. Əhmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyət göstərdiyi tarixi-siyasi şərait barədə ətraflı məlumat verib. Bildirib ki, XIX əsrin sonları – XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və mədəni inkişafı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxardı. 1918-ci il mayın 28-də Tbilisidə Azərbaycan Milli Şurası «İstiqlal Bəyannaməsi»ni qəbul etdi. 24 səslə qəbul edilən və 6 bənddən ibarət olan Bəyannamə Azərbaycan xalqının varlığını bütün dünyaya yaydı. Hüquqi və siyasi sənəd olan Bəyannamədə müstəqil Azərbaycan dövlətinin yarandığı göstərilmiş, onun hakimiyyətinin əhatə etdiyi ərazinin hüdudları müəyyənləşdirilmiş və dövlətin əsas prinsipləri öz əksini tapmışdır. «İstiqlal Bəyannaməsi»ndə demokratik dövlətin əsas atributları sayılan hakimiyyətin xalqa məxsus olması, vətəndaşların mülki və siyasi hüquqlarının təminatı, bütün xalqların və hər bir kəsin milli və dini mənsubiyyətindən asılı olmayaraq, azad inkişafı üçün şəraitin yaradılması, həmçinin hakimiyyət bölgüsü prinsipləri hüquqi cəhətdən təsbit edilmişdi.

23 aylıq hakimiyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti çox ağır və mürəkkəb bir tarixi-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Lakin buna baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti öz dövlətçilik atributlarını qəbul etmiş, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində mühüm əhəmiyyət kəsb edən ciddi addımlar atmışdır. Bugünkü müstəqil və güclü, hərtərəfli inkişaf etmiş Azərbaycan Respublikası məhz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Qədirbilən xalqımız Cümhuriyyət liderlərinin xatirəsini əziz tutur. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, ən əziz, ən qiymətli sərvətidir.

Xırdalan şəhəri Heydər Əliyev mərkəzində  28 May- Respublika Günü münasibətilə tədbir keçirilib

Tədbir çıxış edən Azərbaycan Təhsil Şurası idarə heyyətinin üzvü, “Təhsilvə zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı vurğuladı ki, 1918-ci il mayın 28-də Müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk Respublika-Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulub. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, bu müddətdə qəbul olunan mühüm qərarlardan söz açıb. Azərbaycan Xalq Cumhuriyyətinin dövlətçilik tariximizdə xüsusi yeri olduğunu və tariximizin bu mərhələsinə siyasi qiymətin də, məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini bildirib. Dövlət müstəqilliyimizin qorunmasını və əbədiliyini təmin edən Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətindən danışan şəhər rəhbəri ölkəmizin bugünkü inkişafının və beynəlxalq miqyasda artan nüfuzunun Ümummilli Liderin siyasi xəttinin davamçısı cənab Prezident İlham Əliyevin siyasi fəaliyyəti, milli təəssübkeşliyi və qətiyyəti hesabına mümkün olduğunu vurğulayıb.

Tədbirin təşkilatçısı Təranə Təmoyeva tədbirin sonunda çıxış edərək bildirdi ki, Respublika Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi bütün sahələrdə dayanıqlı dövlət kimi fəaliyyət göstərmiş, hazırda göstərilməkdədir. Azərbaycanın dövlətçilik ənənələrinin qoruyub saxlanması və inkişaf etdirilməsi Azərbaycan Respublikası Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin başlıca qayəsini təşkil edir. Müstəqil Azərbaycan Respublikası yaşayır, inkişaf edir, möhkəmlənir, dünyanın lider ölkəsinə çevrilməkdədir.
Elə bunun bariz nümunəsidir ki, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə, konfranslara və idman yarışlara ev sahibliyi edir. 2012-ci ildə keçirilən “Eurovision” mahnı yarışması, 2015-ci ildə keçirilən “Bakı-2015 ilk Avropa Oyunları”, “Formula 1” yarışları, bu yaxınlarda başa çatan“ Bakı-2017 IV İslam Həmrəylik Oyunları” ən yüksək səviyədə təşkil olunmuşdur. Azərbaycanda keçirilən nəhəng beynəlxalq idman yarışlarının təşkilat komitəsinin sədri Azərbaycanin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmuşdur. Məhz onun gərgin əməyinin nəticəsi olaraq bu tədbirlər ən yüksək səviyyədə keçirilmişdir. 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunları zamanı Azərbaycan Avropa ölkələri arasında medalların əyarına görə 2-ci yeri tutmuşdursa, 2017-ci ildə Bakıda keçirilən “IV İslam Həmrəyliyi Oyunları” zamanı 75 qızıl, 50 gümüş, 37 bürünc, ümumilikdə 162 medal qazanaraq, İslam ölkələri arasında medalların əyarına görə 1-ci yeri tutmuşdur. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğının ildən-ilə artdığının bariz nümunəsidir.

Xırdalan şəhəri Heydər Əliyev mərkəzində  28 May- Respublika Günü münasibətilə tədbir keçirilib

Sumqayit Regional Mədəniyyət və Turizm İdarəsinin Abşeron rayonu üzrə nümayəndəsi baş məsləhətçi İlham Manafov məktəbin kolektivinə və şagirdlərə təşəkkür edərək uğurlar arzuladı.

Xırdalan şəhəri Heydər Əliyev mərkəzində  28 May- Respublika Günü münasibətilə tədbir keçirilib

Abşeron Heydər Əliyev mərkəzinin direktoru Tükəzban Həsənova möhtəşəm tədbiri əsriyyə gətirən, tədbirin zəhmətini çəkən hər kəsə minətdarlıq etdi.
Tədbirin təşkilatçılarına Təranə Təmoyevaya, informatika müəllimi Təranə İsmayılovaya, BDU- nin tələbəsi Aytac Hüseynliyə möhtəşəm tədbirə görə tədbir iştirakçıları minətdarlıq bildirdilər.
Xırdalan şəhəri Heydər Əliyev mərkəzində  28 May- Respublika Günü münasibətilə tədbir keçirilib

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident