Tədbirdə 26 saylı uşaq bağçası və körplər evin müdiri Nigar Səfərova, bağçanın müəllim və şagird kollektivi, valideynlər iştirak etdi.
Tədbiri giriş sözü ilə açan bağçanın müdiri N.Səfərova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı ətraflı məlumat verdi. N.Səfərova qeyd etdi ki, Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir.Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı.Bu gün həmin kurs Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirlər əsl şəffqət, mərhəmət və insanpərvərlik nümunəsidir.Ölkəmizin bütün bölgələrində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın normal yaşaması, onların sağlamlığı, təhsili, əyləncəsini təşkil etmək üçün mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir. Bu gün uşaqlara göstərilən dövlət qayğısının tərkib hissəsi olaraq rayonda yeni-yeni bağçalar tikilir, məktəblər inşa olunur, yeni parklar salınır.
Bayram tədbirində valideynlər, baba və nənələr, müəllimlər, tərbiyəçilər rayondakı bütün körpələr evi-uşaq bağçalarında uşaqların sağlam və qayğısız böyümələri üçün hər cür şəraitin yaradıldığını qeyd edərək böyüməkdə olan gənc nəslə göstərilən diqqət və qayğıya görə Ölkə başçısı İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin Başçısı İradə Gülməmmədovaya öz dərin minnətdarlıqlarını bildirdilər.
Sonra uşaqlar Vətənə, xalqa, anaya, məktəbə, şəhidlərə aid şeirlər söyləyib, mahnılar oxuyub, rəqs etdilər. Onların çıxışları alqışlarla qarşılandı.
Şamo Əliyev