05 iyun 2017-cı il tarixdə Abşeron rayonunda ekologiyanın və ətraf mühitin mühafizəsi məqsədilə ənənəvi olaraq müxtəlif ərazilərdə təmizlik və abadlıq aksiyaları keçirildi.
Abşeron rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən aksiyada İcra Hakimiyyətinin və rayon ictimayyətinin nümayəndələrinin iştirakı ilə Novxanı və Mehdiabad ərazisində genişmiqyaslı təmizlik aksiyası keçirildi.
Eyni zamanda, aksiyada rayon Təmir abadlıq idarəsinin, rayonun bələdiyyələri, həmçinin ayrı-ayrı idarə, müəssisə və təşkilatları, ümumilikdə 500 nəfər fəal iştirak etdilər.
Aksiya çərçivəsində yol kənarı ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizləndi. Ağac və gül kollarının kənarları təmizlənərək, sulandı.
Məişət tullantılarının ətrafa yayılmasının qarşısını almaq, eləcə də onların daşınmasının asanlaşdırmaq məqsədilə aparılan təmizlik işlərinə 4 Kamaz, 3 xüsusi təyinatlı maşın cəlb olundu. Təmizlik işləri çərçivəsində yol kənarı ərazidən toplanan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazidən daşındı.
O cümlədən, aksiya iştirakçıları Abşeron rayonu ilə Binəqədi rayonunu ayıran hissə boyunda təmizlik və abadlıq işlərini davam etdirdilər. İş həftəsinə ümumrayon iməcliyi ilə başlamış abşeronlular rayonun təmizliyinə və günü- gündən gözəliyə çevrilməsində həvəslə iştirak etdilər.
Təmizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə belə aksiyaların ənənəvi şəkildə keçirilməsi planlaşdırılır.
Təmizlik aksiyasının sonunda iştirakçılar üçün çay süfrəsi təşkil edildi.