Abşeron Rayon Olimpiya İdman Kompleksinin tikintisi bir neçə ay müvvəqəti dayandırılsada, tikinti işlərinə yenidən başlanıb.
Abşeron Rayon Olimpiya İdman Kompleksində tikinti işlərinin sürətləndirilməsi və mövcud problemlərin aradan qaldırılması üçün Abşeron rayon İcra Hakmiyyətinin başçısı İradə Gülməmmədovanın aidiyyəti qurum və Nazirliklərə ünvanladığı məktub və bu qurumların qarşısında qaldırdığı məsələ çox kecmədiki öz həllini tapdı.
Beləki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındaki çıxışında Abşeronluları düşündürən məsələyə toxundu. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bu il Abşeron Olimpiya kompleksi istifadəyə verilməlidir.
Dünən İdman Kompleksinin tikildiyi məkanda olduq. Həqiqətən ərazidə qızğın işlər gedirdi. Fəhlələrin sözlərinə görə, işin 80 faizi hazırdı və ilin sonunacan tam istifadəyə verilməsi gözlənilir
Məlumat üçün bildirək ki, Abşeron Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 may tarixli, 1535 saylı Sərəncamı əsasında Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilir. Tikinti üçün Abşeron rayon İcra hakimiyyəti tərəfindən Xırdalan şəhəri ərazisində, Bakı-Quba avtomobil yolunun 17-ci km-də 5,0 ha torpaq sahəsi ayrılmışdır.
Layihə-smeta sənədləri “L & N” memarlıq-dizayn şirkəti tərəfindən hazırlanmışdır.
Tikinti quraşdırma işləri “İnşaatçı” MMC tərəfindən yerinə yetirilir.
06 iyun 2012-ci il tarixdə təməli qoyulmuş Abşeron Olimpiya İdman kompleksinin baş planına əsasən inşa ediləcək bina və qurğuları aşağıdakılardan ibarətdir:
Əsas bina 5 hissədən ibarətdir: A blokunun 1-ci mərtəbəsi 19 x 45,5 m ölçüdə 1000 tamaşaçı-yerlik universal idman zalı, ağır atletika zalı, idmançılar üçün soyunub geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqları, məşqçi otaqları, idman avadanlıqları otağından, 2-ci mərtəbəsi trenajor zalı (fitness klub), boks zalı, komentator otaqları, həkim otağı, məşqçi otağı, mühafizə otağı, idmançılar üçün soyunub geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqları, invertar və texniki otaqlardan ibarətdir.
B bloku (2 mərtəbəli giriş hissə) 1-ci mərtəbəsi foye, qarderob, 50 nəfərlik kafe, qeydiyyat otağı və mühafizə otağından, 2-ci mərtəbə isə oyunları geniş ekranda izləmə hissəsi və eyvandan ibarətdir.
C blokunun zirzəmi mərtəbəsi tir, silah otağı, tədris otağı, gözləmə otağı, operator otağı, istirahət otağı, sauna, masaj otağı, duş otağı və texniki otaqlardan, 1-ci mərtəbə 2 döşəkli, 300 tamaşaçı-yerlik güləş zalı, idmançılar üçün soyunub geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqları və inventar otağından, 2-ci mərtəbə məşqçilər otağı və şahmat klubundan ibarətdir.
D blokunun zirzəmi hissəsində texniki otaqlar yerləşdirilmişdir. 1-ci mərtəbəsi üzgüçülük hovuzu (ölçüsü 25 x 12,5 metr olan) və 200 tamaşaçı-yerlik tutumu olan üzgüçülük zalından ibarətdir. Eyni zamanda bu blokun 1-ci mərtəbəsinin digər hissəsində kafenin mətbəxi, anbarı yerləşdirilmişdir. 2-ci mərtəbəsi isə administrasiya otağından ibarətdir.
E bloku 3 mərtəbəli 38 çarpayı-yerlik mehmanxanadan ibarətdir. Mehmanxananın zirzəmi hissəsində çamaşırxana, ütü otağı, texniki otaqlar, soyuducu kameralardan və meyvə-tərəvəz anbarları nəzərdə tutulmuşdur. 1-ci mərtəbədə foye, qeydiyyat otağı, retoran, administrativ otaqlar, server otağı, yuxarı mərtəbələrdə isə yataq otaqları inşa ediləcək.
Baş plana əsasən həmçinin 2000 tamaşaçı-yerlik futbol stadionu, mini futbol, basketbol, voleybol meydançası, tennis kortu, skeyt parkı, açıq meydançalar üçün soyunub geyinmə binası, qazanxana, yerüstü avtomobil dayanacağı, transformator yarımstansiyası, içməli və yanğına qarşı su anbarları və gözətçi otağının tikilməsi nəzərdə tutulub..
Şamo əliyev