Son 6 ayda rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsi, idmanın kütləvililiyin təmin edilməsi sahəsində ciddi iş aparılmışdır. Bu gün rayonumuzda 6000 nəfərə yaxın yeniyetmə və gənc idmanın 27 növündə məşğul olurlar. 2017-ci ilin 6 ayı ərzində rayonun gəncləri 4 respublika gənclər tədbirində, 13 beynəlxalq və 35 respublika idman yarışlarında iştirak etmişlər.
İdman yarışlarında gənclərimiz 139 medal, o cümlədən 67 qızıl medal qazanmışlar. Cari ilin birinci yarısında idmançılarımız Xorvatiya, İran, Rusiya, Gürcüstan, Türkiyə, Ukraynada keçirilən beynəlxalq yarışlarda iştirak edərək 16 qızıl, 9 gümüş və 8 bürünc medal qazanmışlar. Xüsusilə sevincli haldır ki, Bakı 2017 IV İslam Həmrəylik oyunlarında rayonumuzun idmançıları 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışlar.
Şamo Əliyev