Xəbər lentİ

Araz market Mehdiabadda yardıma ehtiyacı olan şəxslərə qurban əti paylayıb

21:08, 01.09.17
Oxunub: 1 647
Gundem / ÖLKƏ
Araz market Mehdiabadda yardıma ehtiyacı olan şəxslərə qurban əti paylayıb


Dünya müsəlmanlarının mənəvi birlik və bərabərlik rəmzi olan Qurban bayramı münasibəti ilə Mehdiabad qəsəbəsində bayram sovqatlarının paylanması olub.

Araz Supermarketlər şəbəkəsinin Mehdiabad filialı tərəfindən Qurban Bayramı ilə əlaqədar Mehdiabad qəsəbəsində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 100-dən çox ailəyə qurban payları təqdim edilib.

Şamo Əliyev

Fikirlər

 Oxşar xəbərlər: