Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Millət vəkili Zeynəb Xanlarova Abşeron rayonunda seçiciləri ilə görüşüb

Tarix:20-10-2017, 23:45

Millət vəkili Zeynəb Xanlarova Abşeron rayonunda seçiciləri ilə görüşüb


Bu gün millət vəkili Zeynəb Xanlarova, rayon İcra Hakimiyyətinin başçısı ilə birgə Abşeron rayonunda bir qrup seçiciləri vərayon ziyalılları ilə görüşüb.Vətandaşları narahat edən məsələlərlə dərindən maraqlanan millət vəkili onları maraqlandıran suallara da cavab verib.

Rayon İcra Hakimiyyətində baş tutan görüşdə seçicilərdən rayon Ağsaqallar şurasının sədri Nadir Ağayev, Xırdalan sakini Şirinbala Xaliqov, Rasim Hüseyinov, Abşeron rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Mehriban Qaralova, və digərləri rayon sakinləri və ziyalılları adından dövlətimizin başçısına minnətdarlığını bildirərək, Abşeron rayonunda həyata keçirilən sosial infrastruktur layihələrindən söz açaraq rayon ərazisində böyük abadlıq işlərinin görüldüyünü, bir çox sosial yonümlü problemlərin tam şəkildə aradan qaldırıldığını qeyd ediblər. Bununla yanaşı Qobu, Aşağı Güzdək və eləcə də digər kənd və qəsəbələrinin bəzilərinə verilən təbii qazın təzyiqinin çox aşağı olmasını qeyd ediblər. Rayon ziyalılları Abşeron rayonunun kənd və qəsəbələrində, rayonun inzibati mərkəzi Xırdalanda son illər tikinti-quruculuq, abadlıq işlərinin böyük vüsətlə və şövqlə görüldüyünü vurğulayıblar.Bildirilib ki, bu quruculuq estafeti bu gün də əvvəlki əzmlə və bir qədər də geniş miqyasda davam edir.

Z.Xanlarova seçicilər tərəfindən bildirilən problemlərlə bağlı aidiyyatı təşkilatlar qarşısında məsələ qaldıracağını deyərək onların həlli istiqamətində çalışacağını söyləyib.

Abşeron rayonunda çox böyük işlərin görüldüyünü, Xırdalan şəhərinin və eləcə də kənd və qəsəbələrin günü-gündən inkişaf etdiyini qeyd edən millət vəkili rayon əhalisinin surətlə atması səbəbindən şəkildə bəzi sosial məsələlərin ortaya çıxması təbii haldır. Dövlətin bu problemləri qarşılamaq iqtidarında olduğunu, yaxın zamanlarda aradan qaldırılacağını deyən Z.Xanlarova hər bir insan üçün xalqına, vətəninə xidmət etməyin ən böyük amal olduğunu bildirib.

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova qeyd edib ki, rayonda həllini gözləyən məsələlər də kifayət qədər çoxdur, lakin onların hər birinin öhdəsindən uğurla gəlmək üçün rayon icra hakimiyyəti tərəfindən gərgin səy göstərilir. İ.Gülməmmədova Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin genişləndirilməsi və yenidən qurulması layihəsi” çərçivəsində Abşeron rayonu Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması haqqında Millət vəkilinə məlumat verib. Şəhərdə görülən bütün işlərin Prezident İlham Əliyevin Xırdalan göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu deyən icra hakimiyyətinin başçısı vurğulayıb ki, layihə yekunlaşdıqdan sonra şəhərin küçə və prospektlərində asfaltlanma işləri aparılacaq.

Şamo Əliyev

Millət vəkili Zeynəb Xanlarova Abşeron rayonunda seçiciləri ilə görüşüb
Millət vəkili Zeynəb Xanlarova Abşeron rayonunda seçiciləri ilə görüşüb
Millət vəkili Zeynəb Xanlarova Abşeron rayonunda seçiciləri ilə görüşüb

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident