14 noyabr tarixində Ceyranbatan qəsəbə 1 saylı körpələr-evi uşaq bağçasında payız fəsilində ənənəvi olaraq “Məhsul Bayramı” münasibətilə tədbir keçirildi.
Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Seymur Qasımov , 1 saylı körpələr-evi uşaq bağçasının müdiri Zülfiyyə İsgəndərova və bağçanın kollektivi iştirak etdilər.
İlk öncə tədbiri açıq elan edən bağçanın müdiri Zülfiyyə İsgəndərova qonaqları və valideynləri salamlayaraq tədbirə uğurlar dilədi.
Daha sonra tədbir balaca fidanların hazırladıqları payız fəsilinin nümayiş edildiyi əyləncəli proqramla davam etdirildi.
Bədii hissədən sonra çıxış edən İcra rəsmisi Seymur Qasımov məhsul bayramının ənənəvi olaraq rayon ərazisində yerləşən uşaq bağçalarında yüksək səviyyədə keçirildiyini diqqətə çatdıraraq, qeyd etdi ki, bolluq, gözəllik və rəngarəngliyi özündə ehtiva edən payız fəslinin balaca fidanların obrazlarında canlanması tədbirə daha gözəl rəng qatır. S.Qasımov bağçanın balaca sakinlərinə gələcək həyatlarında uğurlar dilədi.
Tədbirin sonunda məhsul bayramını sinvollarını əks etdirən tort kəsildi, xatirə şəkilləri çəkdirildi.
Şamo Əliyev